TÜRKSOY-un BAŞ KATİBİ Moderator.az-a danışdı:
Ekskluziv
452
09:08, Bu gün

TÜRKSOY-un BAŞ KATİBİ Moderator.az-a danışdı: "TÜRKSOY bütün türk dünyasının ortaq mədəniyyət evidir"

"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY türk dövlətləri başda olmaqla, bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atıb. Hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla TÜRKSOY bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır"
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev bildirib.
 
"Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəldiyini bildirən, qədim Qarabağı, bütövlükdə Azərbaycanı mədəniyyət beşiyi kimi dəyərləndirən Baş katib əminliyini ifadə edib ki, bundan sonra da türk dövlətləri daha sıx birləşərək, qədim tarixə malik olan ortaq mədəniyyətlərinin dünyada tanıdılması istiqamətində birgə addımlar atacaqlar.
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən  məmnuniyyətini dilə gətirib. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açıb. 
Baş katib vurğulayıb ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin  məsuliyyətli iş birliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən  Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan "danışan kitab" projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət  üstünlüyünü vurğulayan Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə edib. "Müşahidələrimdən çıxış edərək əminliklə inamını ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir", - deyə Sultan Rayev fikirlərini yekunlaşdırıb.
 
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyulun 12-də Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan mədəniyyət nazirlərinin Almatı şəhərində keçirilən təsis iclasında imzaladıqları saziş əsasında yaradılıb. Təşkilatın ali idarəetmə orqanı TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasıdır. TÜRKSOY-un mərkəzi qərargahı Ankara şəhərində yerləşir.
Link kopyalandı!
Son xəbərlər