NATO-nun 5-ci maddəsi yalnız bir dəfə tətbiq edilib? - Hansı ölkə üçün? Nə vaxt?..
Ekskluziv
585
06:29, Bu gün

NATO-nun 5-ci maddəsi yalnız bir dəfə tətbiq edilib? - Hansı ölkə üçün? Nə vaxt?..

Polşa prezidenti xatırladıb ki, 5-ci maddəyə uyğun olaraq yardım haqda yeganə tələbi məhz ABŞ edib...

Polşa prezidenti Anjey Duda xatırladıb ki, NATO-nun 5-ci maddəsindən yalnız ABŞ terrorçuların hücumuna məruz qaldıqda müttəfiqlərini köməyə çağırdığı zaman istifadə olunub.

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

“5-ci maddədən yalnız ABŞ  terrorçuların hücumuna məruz qaldıqd öz müttəfiqlərini köməyə çağırdıqda istifadə olunub.

Müttəfiqlərimiz isə ABŞ-ı dəstəkləmək üçün bizimlə birlikdə dayandılar və əsgərlərimiz Əfqanıstanda Amerika əsgərləri ilə çiyin-çiyinə vuruşdu və öldü”.

Polşa Prezidenti vurğulayıb ki, 5-ci maddə Şimali Atlantika Alyansının əsasını təşkil edir. Onun fikrincə, 5-ci maddəyə əməl edilməsəydi, NATO-nun indiki formada mövcudluğunun mənası olmazdı.

“Əgər kimsə məndən soruşsa ki, Polşa əsgərləri özləri, yaxud Polşa Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Polşa Prezidenti kimi mən, NATO ölkələrindən birinin hücuma məruz qaldığı bir vəziyyətdə polşalı əsgərlərin köməyə getməsinin tərəfdarı olarsınızmı, təbii ki, “hə” deyərdim”, - deyə Duda yekunlaşdırıb.

Xatırladaq ki, Şimali Atlantika Alyansının 5-ci maddə kimi tanınan əsas prinsipində deyilir ki, istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücumdur...

S.Laçın

 

 

Link kopyalandı!
Son xəbərlər