“Azərbaycan “İsgəndər M” raketinə görə bu dövlətləri məhkəməyə verə bilər”
Ekskluziv
1235
16 Mar 2025 | 15:50

“Azərbaycan “İsgəndər M” raketinə görə bu dövlətləri məhkəməyə verə bilər”

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda Ermənistanın 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı “İsgəndər M” raketlərindən istifadə etdiyinə diqqət çəkib. Prezident bildirib ki, Rusiyada istehsal olunan bu raketlərin Ermənistanın necə əldə etməsi sualı bugünə qədər cavablandırılmayıb.

Maraqlıdır, Azərbaycan istifadəsi və satışı qadağan edilən “İsgəndər M” raketlərinin hücumuna məruz qalan tərəf kimi beynəlxalq məhkəməyə müraciət edə bilərmi? Bu məsələdə Ermənistanla yanaşı, ona bu raketləri verən tərəfin də məsuliyyət payı varmı?

Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli, Azərbaycanın beynəlxalq məhkəməyə müraciət edə biləcəyini söyləyib:

“Tətbiqi yasaqlanan silahların sadəcə istifadəsinə görə deyil, həm də bu silahların başqa dövlət və ya şəxslərə satışına görə də məsuliyyət mövcuddur. Bu, birməanlıdır. “İsgəndər-M” raketləri Rusiyada istehsal olunur. Bu raketlər rus hərbi sənayesinə aiddir. “İsgəndər M” raketlərinin Azərbaycan ərazisinə atıldığı məlumdur. Bakıdakı məhkəmə prosesində də təqsirləndirilən şəxslər bildirdi ki, bu raketlərin atılması əmrini Ermənistan verib. Amma bu raketlərin Ermənistana haradan, necə daxil olması məsələsinə Ruisiya tərəfi heç bir aydınlıq gətirməyib. Əgər bu silahlar oğurlanıbsa, Rusiya bəyan etməlidir ki, gəlib mənim silahlarımı oğurlayıblar. Yox, əgər bu raketlər Ermənistana verilibsə, o zaman bunun kimlər tərəfindən, hansı əsasla Ermənistana verildiyi açıqlanmalıdır.

Təbii ki, Azərbaycan bu məsələni boş buraxa bilməz. Azərbaycan məlum məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Beynəlxalq qurumlara baş verənlərə araşdırma imkanı yaradılmalıdır. Bu araşdırmaan sonra məlum məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etmək olar”.

Seymur ƏLİYEV

 

Instagram
Dəqiq xəbəri bizdən alın! Gündəmdən xəbəriniz olsun!
Keçid et
Link kopyalandı!
Son xəbərlər