“Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciəti sürətləndirməlidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, İrəvan sülh istəyirsə bu məsələdə operativlik sərgiləməlidir:
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar uğurla başa çatsa da, regionda sülhün təmini üçün İrəvanın daha bir neçə məsələni həll etməsi lazımdır. Bunlardan biri də Minsk qrupunun ləğvidir. Hələ ki, Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı rəsmi mraciət ünvanlamayıb. Halbuki, ləğvetmə prosesi vaxt aparan bir işdir və Ermənistan indi müraciət etməlidir ki, cari ilin sonuna kimi bu məsələ öz müsbət həllini tapsın. Lakin biz görürük ki, Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməyə tələsmir. Bu isə regionda sülhü ləngidən amillərdən biridir.
Ermənistan həqiqətən də sülh sazişinin imzalanmasında səmimidirsə, Minsk qrupunun ləğvi istiqamətində də lazimi addımlar atmalıdır”.
Seymur ƏLİYEV