Mövzu ilə bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Moderator.az-a danışdı. Bilirdi ki, boşanma ilə bağlı iddialar ən çox qadınlar tərəfindən qaldırılır:
"Təcrübəmdə daha çox şahidi oluram ki, boşanma ilə bağlı iddialar ən çox qadınlar tərəfindən qaldırılır. Bunun bir neçə səbəbi var. Birincisi ondan ibarətdir ki, kişilər mental dəyərlərə bağlı olaraq ailələrini daha çox qorumağa meyillidirlər. Özlərinə sığışdırmırlar ki, ailələlərini dağıtsınlar. Birinci təşəbbüsün qadın tərəfindən gəlməsi kimi bir mövqedə dururlar. Bu qadınların daha çox müraciət etməməsi kimi səbəbləndirilə bilər. Qadınların daha çox müraciət etməsinin səbəbi aliment almaq istəməsi deyil. Mən bunu öz təcrübəmdə görmürəm və bəzən də qadınların heç aliment tələb etmədiyinin şahidi oluram. Qadınlar alimenti yalnız uşaqlar üçün istəyirlər. Çünki qadının maddi vəziyyəti uşaqları saxlamağa imkan vermir və aliment almaq uşaqların hüququdur. Aliment ataya- anaya verilmir, uşağa verilir. Ona görə də boşanmanın 70 faizinin səbəbkarının qadınlar olması, bunun da səbəblərindən ən önəmlisi aliment alması fikri ilə razılaşmıram.
Boşanmaların səbəbkarı kişilərdir ki, qadınlar boşanmağa daha çox müraciət edirər. Çünki ailələrdə adətən vəziyyəti boşanmağa qədər gətirib çıxardan yollar, səbəblər ən çox kişilər tərəfindən olur. Məhz bu səbəbdən səsləndirilən fikirlərlə razı deyiləm. Qadınların alimentə görə boşanmaq istəmə səbəbi çox absurd görünür. Açığı onu deyim ki, bəzən kişilər alimenti ödəmirlər, hansı ki, alimentin məbləği də o qədər yüksək deyil. Alimentlə bağlı İcra hakimiyyətlərində icraların səndələrinin 60-70 faizi icra oluna bilmir.
Kişilər bəzən də aliminet ödmirlər, imkanlarının olmadıqlarını bəhanə gətirib yayınmağa çalışırlar. Ya çıxıb ökədən gedirlər, ya da müxtəlif vasitələrlə aliment ödəməkdən yayınırlar".