“Ermənistan onu müharibəyə təhrik edənlərə, bölgədə yeni gərginliklər yaratmaq istəyənlərə“yox” deməyi bacarmalıdır”.
Bunu a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, İrəvan müharibə dönəminin başa çatdığını anlamlıdır:
“Ermənistanı qızışdırmaq istəyən qüvvələrin mövcudluğu birmənalıdır və elə buna görə də bir tərəfdən sülhdən danışan İrəvan, digər tərəfdən silah-sursat almaqda, sərhəddə qüvvələr toplamaqda davam edir. Bütün bunlar onu göstərir ki, Ermənistanda sülh, yoxsa mharibə ilə bağlı qətiləşmiş bir fikir mövcud deyil. Habuki, İrəvanın 44 günlük müharibədən dərs çıxarması vacibdir.
İrəvan anlamalıdır ki, artıq müharibə dönəmi başa çatıb. İndi sülh və quruculuq dönəmidir. Buna görə də sülh bəyanatlarında səmimi olmalı, Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, revanşist fikirlərdən daşınmalıdır. Əks halda, Ermənistanı heç nə və heç kim xilas edə bilməyəcək”.
Seymur ƏLİYEV