Bizi sosial şəbəkələrdən izləyin:
“Türkiyə ilə normallaşma prosesimiz davam edir, bununla yanaşı, sərhədlərin açılması və nəqliyyat infrastrukturumuzun yenidən işə salınması həlledici məsələlərdir”.
Moderator.az xəbər verir ki, bunu bu gün, martın 14-də Ermənistan parlamentində 2024-cü il üçün hökumət proqramının icrası ilə bağlı müzakirələr zamanı xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.
"Gümrü-Qars dəmir yolunun işə salınması həyati əhəmiyyət kəsb edir və Qara dənizə, Fars körfəzinə qədər bütün nəqliyyat hərəkətində əsas rol oynaya bilər. Müəyyən razılaşmalarımız var, məsələn, Anidəki tarixi körpünü birgə bərpa etmək barədə razılığa gəldik.
“Onu da bilirsiniz ki, fevralın 28-dən etibarən Ermənistan-Türkiyə dövlət sərhədində artıq hökumətin qərarı ilə təmir olunmuş Marqara buraxılış məntəqəsində sərhəd xidməti müstəsna olaraq Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçirilir. Martın 1-dən etibarən respublikanın sərhəd qoşunları Ermənistan Respublikasının bütün sərhəd-keçid məntəqələrində xidmət göstərir. “Fürsətdən istifadə edərək, Rusiya Federasiyasına və tərəfdaşlarımıza indiyədək bu xidməti göstərdiklərinə görə təşəkkür etmək istərdim”, - deyə XİN rəhbəri yekunlaşdırıb.
S.Laçın