Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli dronları Rusiyada iki qaz kompressor stansiyasını və "S-300/S-400" sistemləri üçün raket anbarını məhv edib.
Moderator.az xəbər verir ki, bu barədə "TSN"-ə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat çatdırıb.
İnternetdə Tambov vilayətindəki Davıdovskaya qaz-kompressor stansiyaları və Saratov vilayətindəki Novopetrovskaya qaz-kompressor stansiyasına zərbələri əks etdirən bir sıra videolar yayılıb.
Belqorod vilayətində isə "S-300/S-400" sistemləri üçün raket anbarı isə dronların zərbələrindən sonra güclü şəkildə partlayıb.
Xatırladaq ki, martın 14-nə keçən gecə ruslar internet vasitəsilə Krasnodar diyarının Tuapse şəhərində dronların neft emalı zavoduna hücumu barədə də şikayət ediblər.
Sultan Laçın