“Ermənistana ən dərin quyunu məhz Fransa qazır”
Ekskluziv
681
11:27, Bu gün

“Ermənistana ən dərin quyunu məhz Fransa qazır”

Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda Fransanın Ermənistanı silahlandrmaq siyasətini ifşa edib, bu siyasətin regionda sülh üçün ciddi təhdid yaratdığını bildirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Fransanın məlum siyasəti ilə Ermənistan üçün böyük fəlakət hazırladığını bildirib:

“Fransanın Ermənistanı silahlandrıdığı faktdır və bu proses xeyli müddətdir ki, davam edir. Fransa Ermənistana artilleriya vasitələri, müxtəlif silah-sursat və digər hərbi məhsullar göndərir. Rəsmi Paris özünü elə göstərir ki, guya Ermənistana kömək edir. Lakin əslində Ermənistana ən dərin quyunu məhz Fransa qazır.

Fransa Ermənistanı silahlandırmaqla onu yeni bir müharibəyə sövq edir ki, Ermənistan üçün bundan daha böyük fəlakət ola bilməz. Çünki belə bir müharibənin nə ilə nəticələnəcəyini hər kəs çox yaxşı anlayır. Və hər kəs başa düşür ki, bu, faktiki olaraq Ermənistan üçün intihar deməkdir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər