Bizi sosial şəbəkələrdən izləyin:
Birləşmiş Ştatlarda siyasi fikir ayrılıqları tez-tez ailə mübahisələrinə səbəb olur və vitse-prezident Cey Di Vens ailəsi də bu aqibətdən yaxa qurtara bilməyib. Münaqişə onun karyerasını təhsildə müxtəlifliyi dəstəkləməyə həsr etmiş, San-Dieqodakı Kaliforniya Universitetinin Altıncı kollecinin professoru, qayınanası Lakşmi Çilukuriyə də toxunub.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Çilukuri biologiya və təbabətdə irq, etnik mənsubiyyət və gender üzrə pilot kursun hazırlanmasında mühüm rol oynayıb və universitetin inklüzivlik komitəsində fəal işləyib. Və bu arada ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən federal siyasət bir çox müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarını risk altına qoyub. Vəziyyətin ironiyası ondan ibarətdir ki, Trampın təşəbbüslərinin tərəfdarı olan Cey Di Vens qayınanası ilə üzbəüz qalıb.
Lakin vites-prezident fikir ayrılıqlarına baxmayaraq, qayınanasını övladlarına gözəl ana və mehriban nənə hesab edərək ona hörmətini davam etdirdiyini vurğulayıb.
Vens siyasi fikir ayrılıqlarından çox ailə dəyərlərinə diqqət yetirməyə üstünlük verdiyini açıq şəkildə ifadə edib.
S.Laçın