"Suca kiçik bir qəsəbədir, şəhərin mərkəzindən kənara - bir kilometrdən də az məsafə var..."
Ukrayna Müdafiə qüvvələrinin Kursk vilayətinin Suсa şəhərindən çıxarılması Amerika Birləşmiş Ştatlarının tələblərindən biri ola bilər, yəni bu, düşünülmüş taktikanın tərkib hissəsidir.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu fikri "Live" kanalının efirində Rusiya-Ukrayna müharibəsi veteranı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib.
"Mümkündür ki, bu, ABŞ-dan olan tərəfdaşlarımızın Rusiya Federasiyasının ərazisini tərk etməmizə qoyduğu şərtlərdən biridir. Bilmirəm, bu, onlara nəyə lazımdır, bəlkə də Putini birtəhər sakitləşdirmək, ona doğru addım atdıqlarını göstərmək üçündür ki, o da bəzi qarşılıqlı addımlar atsın. Bunu ehtimal etmək olar, lakin bu, bizim fərziyyəmizdən başqa bir şey deyil", - o deyib.
Suca şəhərində gedən döyüşlərə gəlincə, o, qeyd edib ki, bu, kiçik yaşayış məntəqəsidir: onun xəritəsini götürsəniz, mərkəzə pərgar qoysanız və ölçü götürsəniz, cəmi 1 km-dən az məsafə qət edərsiniz.
“Rusiya Federasiyasının ərazisində baş verənlər “Suca” əməliyyatı deyil, bizim adlandırdığımız kimi “Kursk əməliyyatı"dır... Ukrayna qüvvələri hərbi və siyasi məqsədlərə uyğun hərəkət edir, rus qoşunlarını cilovlamaq üçün lazımi ərazilərə nəzarəti əldə saxlayır”, - ekspert qeyd edib.
Zəruri arayış:
Rusiyanın Suca şəhəri Mərkəzi Rusiya yüksəkliyinin cənub-qərb yamacında, Suca (Psel çayının qolu) və Oleşnya (Sucanın qolu) sahillərində, Kurskdan 105 km, Ukraynanın Sumı vilayəti ilə sərhəddən 9 km məsafədə yerləşir. 2024-cü ilə qədər əhalisinin sayı bir qədər çox olub - 4940 nəfər.
Ukrayna ordusunun Sucadan geri çəkilməsi
"UNİAN"-ın öncə yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko bildirib ki, Müdafiə Qüvvələrinin Kursk platsdarmından qismən geri çəkilməsi Amerika kəşfiyyatının köməyini çoxgünlük dayandırmasının nəticəsi deyil.
O qeyd edib ki, Rusiyanın Kursk vilayətinə hücumu, nəticədə Ukrayna Silahlı Qüvvələrini daha sərfəli mövqelərə çəkilməyə məcbur edib və bir müddət ilkin planlaşdırma tələb edib. Bununla belə, ABŞ-dən kəşfiyyat məlumatlarının olmaması Müdafiə Qüvvələri üçün müəyyən çətinliklər yaradıb.
S.Laçın