“Sülh danışıqlarının uğurla nəticələnməsi Prezidentimizin və diplomatiyamızın qələbəsidir”
Ekskluziv
907
08:22, Bu gün

“Sülh danışıqlarının uğurla nəticələnməsi Prezidentimizin və diplomatiyamızın qələbəsidir”

Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib. Ermənistan son iki maddəni də qəbul etmək məcburiyyəti qarşısında qalıb ki, bununla a sülhün əldə ediməsi istiqamətində mühüm bir mərhələ uğurla başa çatıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, bunu dövlətimizin tarixi nailiyyətlərindən biri kimi dəyərləndirib:

“Hər şeydən öncə qeyd edim ki, bugünə qədər sülhün uzanmasının yeganə müqəssiri Ermənistan idi. Ermənistan ilk öncə 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatını yerinə yetirməkdən boyun qaçırdı. Müxtəlif bəhanələr irəli sürdü. Daha sonra havadarlarının dəstəyi ilə silahlanmağa başladı.  Məhz bu şərtlər altında Azərbaycan səbrlə Ermənistanı sülhə vadar etmək siaysətini həyata keçirdi.

Heç bir vasitəçi omadan  sərhədlərin bəlli bir qisminin delimitasiya və demarkasiyasını da Azərbaycanla Ermənistan birlikdə həyata keçirdilər. Qazaxın dağ kəndi də geri qaytarıldı. Nəhayətdə, Ermənistan sülh sazişin də açıq qalan son iki maddəni də qəbul etməli oldu. Bu, o deməkdir ki, sülhün imzalanması üçün çox böyük fürsət yaranıb. Bu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, Prezidentimizin tapşırıqlarını uğurla həyata keçirən diplomatlarımızın uğurudur. Bu, dövlətimizin gücünü, onun diplomatik səriştəsini göstərir.

Sülh üçün Ermənistan daha bir neçə şərti yerinə yetirməlidir ki, bu da ölkəmizə qarşı ərazi iddialarına son qoymaq, konstitusiya dəyişikliyi eləmək və Minsk qrupunun ləğvi istiqamətində addımlar atmaqdan ibarətdir. Azərbaycanın bu tələbləri də yerinə yetiriləndən sonra sülh üçün heç bir problem, heç bir əngəl qalmayacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər