Bakıda müşahidə olunan dumanla bağlı VACİB AÇIQLAMA-RƏSMİ
Ekskluziv
1446
10:14, Bu gün

Bakıda müşahidə olunan dumanla bağlı VACİB AÇIQLAMA-RƏSMİ

Artıq bir neçə gündür ki, paytaxtda dumanlı hava şəraiti müşahidə olunur. Lakin belə hava Bakı kimi şəhərlərə xarakterik deyil. Bəs görəsən dumanlı hava paytaxtda nə zamana qədər davam edəcək? 

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Moderator.az-a danışdı. Bildirdi ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin Martın 14- nə qədər davamlı olacağı gözlənilir:

"Müşahidə olunan duman sinoptik şəraiti ilə əlaqdar olaraq gözlənilən atmosfer hadisəsidir. İnversiya dumanın yaranması əsasən tempraturun paylanmasından asılı olur. Belə ki, normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanmın tempraturu aşağı enir. İnvensiya adlanan şəraitdə bu qayda pozulur. Tempratur yuxarı qalxdıqca artır. Nəticədə az hərəkətlilik hava kütlələri daxilində  dumanın yaranması üçün əlverişli şərit yaranır. Əsasən səhər və axşam saatlarında dumanlı hava şəraiti müşahidə olunur. Gündüz yerüstü tempraturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gündür cənub şərq küləkləri üstünlük təşkil edir. Həmçinin cənub şərq küləyi dumanın davamiyyətli olmasına şərait yaradır.

Onu da qeyd edim ki, ölkə ərazisinə müşahidə olunan dumanlı hava şəraitinin Martın 14- nə qədər davamlı olacağı gözlənilir".

 

Link kopyalandı!
Son xəbərlər