Ekskluziv
946
09:39, Bu gün

"HƏMAS" Trampın bəyanatını alqışladı...-GÖZLƏNİLMƏZ

"HƏMAS"-ın sözçüsü Hazem Qasem ABŞ prezidenti Donald Trampın təşkilat üzvlərinin nöqteyi-nəzərindən fələstinliləri Qəzzadan köçürmək planından əl çəkməsi barədə bəyanatını alqışlayıb.
 
Moderator.az bu haqda Ukrayna yəhudilərinin "Mignews" nəşrinə istinadla xəbər verir.
 
O, Trampı “ifrat sağçı sionist baxış” xətti ilə getməməyə çağırıb. Bundan əvvəl Tramp Ağ Evdə suala cavab olaraq “Heç kim fələstinliləri Qəzzadan qovmur” demişdi.
 
"HƏMAS" bəyan edib: 
 
“Biz bu mövqeyi gücləndirməyə və İsrail işğalını atəşkəs razılaşmasının bütün şərtlərini yerinə yetirməyə məcbur etməyə çağırırıq”.
 
Bir müddət öncə jurnalistlərdən birinin anklavı ələ keçirmək planını “qovma təşəbbüsü” adlandırdıqdan sonra Tramp demişdi ki, “heç kim Qəzzadan heç kimi qovmur”.
 
Tramp keçən ayın əvvəlində öz vizyonunu açıqlayanda bütün Qəzzalıların daimi olaraq başqa ölkələrə köçürüləcəyini söyləmişdi.
 
"Fələstinlilər zorla köçürəcəkmi" sualına Tramp belə iddiayla cavab vermişdi ki, Qəzzada əslində heç kim orada qalmaq istəmir.
 
Ancaq bu günə qədər o, fələstinlilərin Qəzzadan qovulma ehtimalını heç vaxt istisna etməyib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər