“Ermənistanın yeni bir müharibə üçün nə gücü, nə də cəsarəti var”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, yeni müharibə ehtimalı ilə bağlı səslənən fikirləri ciddi qəbul etməsə də, Ermənistanın bəzi qüvvələr tərəfindən mharibəyə sövq edildiyi şübhəsizdir:
“Yaxın vaxtlarda Ermənistanın müharibəyə başlayacağı ilə bağlı səslənən fikirləri inandırıcı hesab etmirəm. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan bunun üçün gərəkli heç bir potensiala malik deyil. Ancaq bu da sirr deyil ki, Ermənistanı qızışdıran, onu Azərbaycanla müharibəyə təhrik edən dövlətlər var. Bu, Rusiya da, Fransa da, digər güclər də ola bilər. Onlar Cənubi Qafqazda yeni bir müharibənin baş verməsində maraqlıdırlar. Bu səbəbdən də onlar vəziyyəti gərginləşdirməyə, regionda müharibə ab-havasının mövcud olduğunu, yaxın vaxtlarda belə bir müharibənin başlayacağı fikrini təlqin edirlər. Hesab edirəm ki, mövcud reallıq bundan ibarətdir”.
Seymur ƏLİYEV