“İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki...”
Ekskluziv
489
12:44, Bu gün

“İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki...”

Adil Qeybulla: “AQTA-nın keçirdiyi yoxlamalar vətəndaşlarımızın sağlamlığının qorunması baxımından mühüm önəm kəsb edir”

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxt restoranlarında sistemli yoxlamalar həyata keçirməkdə, bəzi restoranlarda ciddi nöqsanlar aşkarlamaqdadır. Buna nümunə olaraq “Xarı bülbül”, “Otdıx”, “Vətən”, “Top Qapı” restoranlarında aşkar edilən nöqsanları göstərmək olar.

AQTA tərəfindən keçirilən reydlər, bu reydlər nəticəsində aşkar edilən nöqsanların ortadan qaldırılması xəstəlik və zəhərlənmələrin qarşısının alınması baxımından nə dərəcədə əhəmiyyətlidir?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, ictimai iaşə müəssisələrində bu cür reydlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Bu bir həqiqətdir ki, qida təhlükəsizliyi ilə bağlı bütün dünyada problemlər var. Zaman-zaman bu problemlərin ortaya çıxmasına, ictimailəşməsinə şahid oluruq.

Məsələ bundadır ki, istənilən qidanın hazırlanmasının texnologiyası var. Qüvvədə olan texniki standartlara, normativ-hüquqi aktlara hər kəs əməl etməlidir. AQTA də məhsulun istehsal prosesini qeydiyyata alarkən bu təlimatı mütləq nəzərə alır. Əgər bu təlimat pozulubsa, bu, hüquqi məsuliyyət yaradır.

Qidanın ilkin inqridiyentləri, xammalın keyfiyyət parametrləri, hazırlanma prosesi, saxlanma şəraiti və s. standartlardan kənara çıxırsa, burada hansısa problemlər aşkarlanırsa, o zaman bu, son məhsul halında da  insanların sağlamlığı üçün risk yaradır. Belə olan halda onların hüquqi məsuliyyətə cəlb edilməsi vacibdir. Bu baxımdan AQTA tərəfindən mütəmadi yoxlamaların keçirilməsi, ictimai iaşə müəssisələrini nəzarətdə saxlaması olduqca önəmlidir. Bu, vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyətə malikdir”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər