Bizi sosial şəbəkələrdən izləyin:
“Dünən Nikol Paşinyan “Facebook” səhifəsində türk media nümayəndələrinə müsahibə verdiyini qeyd edən qısa video paylaşıb. Bəzi məlumatlara görə, Baş nazir Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də soyqırımın tarixinə yenidən nəzər salmaq və Türkiyə və Azərbaycanın Meğri vasitəsilə maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istəyindən danışıb".
Moderator.az xəbər verir ki, bunu "Hraparak” qəzeti yazır:
“Əslində Paşinyanın Türkiyə prezidenti Ərdoğanla sıx təmasda olması və hakimiyyətini saxlamaq müqabilində Rusiyanı Türkiyə ilə əvəzləməyə hazır olması barədə şayiələr təsdiqlənir”, -deyə erməni nəşri davamında bildirir.
S.Laçın