Novruz bayramı ərəfəsində marketlərdə meyvə və çərəzin qiyməti qalxır. Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur. Bəs görəsən yerli məhsulların bayram ərəfəsində bu qədər bahalaşmasına səbəb nədir? Bu tələbatla bağlıdır yoxsa süni bahalaşmayla?
Mövzu ilə bağlı iqtisadçı- ekspert Pərviz Heydərov Moderator.az-a danışdı.
"Bayram ərəfələrində qiymətlərin qalxması bizdə, adət xarakter daşıyır. Yəni bu, tələbin artmasından sui-istifadə halı görüntüsü yaradır. Ənənəvi xarakter kəsb edir. Üstəlik, qeyd olunan ərəfədə sosial istiqamətdə də, hər hansı artımlar baş veribsə bu, bahalaşma üçün daha böyük rəvac yaradır. Təbii ki, qeyd olunanlar təbii hal deyil. Əlbəttə, burada sünilik bahalaşma amili də mövcuddur. Yəni ki, tələbin artmasına görə, suni-istifadə halı vardır. Novruz kimi hər bir bayram ərəfəsində marketlərdə meyvə və çərəzin qiyməti həm də ona görə qalxır ki, bir çox şeylərdə idxaldan asılı vəziyyətdəyik. Tələb yüksəlirsə, idxal məhsullarının satış qiymətləri artmalıdır. Demək istədiyim budur ki, burada çoxlu səbəblər vardır. Bunların içində süni qiymət artımı amili də istisna deyildir".