Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?
Ekskluziv
969
08:09, Bu gün

Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?

Moderator.az Reuters agentliyinə istinadən xəbər verir ki, Ciddədə ABŞ və Ukrayna nümayəndələrinin uzun çəkən danışıqlarının yekununda  ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Dövlət katibi Marko Rubio mətbuata ilk açıqlamalarını verib.
 
Mayk Uolts Kiyevin atəşkəsə hazır olduğunu bildirib və indi sözün  Rusiyada olduğunu, ABŞ -nin isə hərbi yardımı bərpa etmək qərarına gəldiyini açıqlayıb.
 
“Ukraynalılar konkret addımlar atıb və konkret təkliflər irəli sürüblər, onlar nəinki bizim hərtərəfli atəşkəs təklifimizi qəbul ediblər, hətta bunun təfərrüatları da birgə bəyanatımızda əksini tapıb. Biz həmçinin bu münaqişənin necə yaxşılığa doğru sona çatacağı, Ukraynanın uzunmüddətli təhlükəsizliyi və rifahı üçün hansı zəmanətləri alacağı və nəhayət bu dəhşətli qırğına son qoymaq üçün nə lazım olacağı barədə vacib detalları müzakirə etdik”-deyə Uolts bildirib.
 
Uolts əlavə edib ki, diplomatik iş davam edir: ”Mən yaxın günlərdə rusiyalı həmkarımla təmasda olacağam, dövlət katibi Rubio isə yaxın günlərdə G7 xarici işlər nazirləri ilə görüşəcək, NATO-nun baş katibi isə cümə axşamı Ağ Evdə olacaq. Bundan sonra biz bu prosesi irəli aparacağıq”.
 
Mümkün hərbi əməliyyatların dayandırılmasının təfərrüatları barədə danışan Dövlət katibi Rubio qeyd edib ki, bu, bütün cəbhə xətti boyunca 30 günlük atəşkəsdir:
 
“Təklif atışmaların dayandırılmasıdır. Burada məsələ ondan ibarətdir ki, buna son qoymağın yeganə yolu danışıqlardır. Hərbi həll yolu yoxdur. Ancaq danışıqlara başlamazdan əvvəl bir-birinizə atəş açmağı dayandırmalısınız”.
 
Rubio qeyd edib ki, bu gün Amerika tərəfi Ukrayna nümayəndələrindən belə bir addıma hazır olduqlarını alıb və indi bu təklif ruslara çatdırılacaq. Dövlət katibi davam edərək bildirib ki, Vaşinqton rusların “hə” deyəcəyinə ümid edir, həmçinin münaqişəyə “daimi əsasda” son qoymaq məqsədilə danışıqlara başlamaq üçün hərbi əməliyyatların dayandırılmasına razılıq verəcəklər.
 
Rubio əlavə edib ki, hər iki tərəf atəşkəslə razılaşdıqdan və o, qüvvəyə mindikdən sonra onlar prosesin ikinci mərhələsinə - “sonsuz danışıqlara deyil, real danışıqlara” keçə bilərlər. Eyni zamanda, o qeyd edib ki, bu sülh danışıqlarında bir çox məsələləri- o cümlədən humanitar məsələləri, uşaqlar, hərbi əsirlər və münaqişənin digər faciəvi nəticələrinin ortaya çıxacağnı, əsirlərin mübadiləsi və məhbusların azad edilməsini də müzakirə ediblər.
 
Rubio:”Biz bu münaqişənin “bitib-bitməyəcəyini”deyil,  onun “necə bitəcəyini” həll etməyə keçdik və bu, ilk vacib addım idi”.
 
Rubio sonda bildirib ki, mineral sövdələşmə iki ölkənin Xəzinədarlıq Departamentləri tərəfindən müzakirə edilib və Tramp müqaviləni yekunlaşdırmaq üçün müvafiq hökumət üzvlərinə tapşırıq verib. Lakin bugünkü danışıqlarımızın mövzusu bu deyildi”, - deyə dövlət katibi vurğulayıb.
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər