“Onlar  Bakıda keçirilən məhkəmə prosesini ona görə gözdən salmağa çalışır ki...”
Ekskluziv
1660
11 Mar 2025 | 12:18

“Onlar  Bakıda keçirilən məhkəmə prosesini ona görə gözdən salmağa çalışır ki...”

“Bakıda xalqımıza qarşı ağır cinayətlərə yol verən erməniəsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesini gözdən salmağa çalışanlar erməni diasporu tərəfindən maliyyələşdirilənlərdir”.

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, bu şəxslər öz maliyyə mənbələrini qorumaq üçün Bakıda keçirilən məhkəmə prosesi haqqında cəfəng fikirlər səsləndirirlər:

“Bəzi qüvvələr və şəxslərin təqsirləndirilən erməniəsili şəxslərlə bağlı keçirilən məhkəmə prosesinə müdaxilə cəhdləri, bu prosesi gözdən salmaq istəkləri onların maddi maraqları ilə bağlıdır. Erməni diasporu həmin şəxslərə yalan təbliğat üçün böyük vəsaitlər ayırır. Buna görə də onlar öz maliyyə mənbələrini itirməmək üçün məlum məhkəmə prosesi ilə bağlı əsassız məlumatlar tirajlayır, cəfəng fikirlər səsləndirirlər.

Bu gün Bakıda məhkəmə qarşısında dayanan bu şəxslərin xalqımıza qarşı, bütün insanlığa qarşı ağır cinayətlər işlədiyi hər kəsə məlumdur. Onların məhkəmədəki etirafları da bunu sübut edir. Belə olan halda həmin adamların günahsız olduğunu iddia etək, onlara bəraət qazandırmağa çalşmaq absurddur və növbəti ədalətsizlikdən başqa bir şey deyil”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər