ABŞ-ın hərbi kosmoplanı 14 aydan sonra Yerə qayıdıb
Ekskluziv
219
00:09, Bu gün

ABŞ-ın hərbi kosmoplanı 14 aydan sonra Yerə qayıdıb

"Boeing X-37B" təyyarə və kosmik gəminin hibrididir, kütləvi qırğın silahları daşıya bilər və kosmosdan hücum təhlükəsi yarada bilər..."
 
Amerikanın "Boeing X-37B" kosmoplanı 14 ay ərzində kosmosda bir sıra eksperimentlər və manevrlər həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələri elan edib. Məlumatı nəşri yayıb. 
 
Məlumatda deyilir ki, ABŞ-ın "Boeing X-37B" hərbi kosmoplanı martın 7-də, cümə günü Kaliforniyadakı Vandenberq bazasına uğurla eniş edib.
 
ABŞ ordusu: Kosmik mühit getdikcə daha çox yüklənir
 
Kosmik Qüvvələr bildirib ki, orbital təyyarə 434 gün kosmosda qalıb və "ABŞ Kosmik Qüvvələrinin kosmos mühiti haqqında biliklərini artırmaq" məqsədilə bir sıra eksperimentlər və manevrlər həyata keçirib.
 
"Bu texnologiyalar ABŞ Kosmik Qüvvələrinin getdikcə daha çox yüklənən və mübahisəli kosmik mühitdə fəaliyyət göstərə bilməsi üçün həlledici əhəmiyyətə malikdir", - məlumatda vurğulanıb.
 
Nümunə kimi X-37B-nin həyata keçirdiyi aerotormozlama manevri göstərilib. Bu, kosmik aparatın orbitini dəyişmək üçün Yer atmosferinin sürtünməsindən istifadə edərək hərəkətinin ləngidilməsi və hündürlüyünün azaldılması metodudur.
 
"Boeing X-37B" təyyarə və kosmik gəminin hibrididir
 
Bu son sınaq uçuşu X-37B üçün yeddinci missiya olub. Kosmoplan 29 dekabr 2023-cü ildə Floridadakı Kanaveral burnundakı kosmodromdan buraxılıb. İlk dəfə olaraq "SpaceX" şirkətinin "Falcon Heavy" superağır raketi ilə orbitə göndərilib.
 
X-37B pilotsuz kosmik gəmi formasında olan miniatür bir aparatdır. Uzunluğu 9 metr, Qanadlarının açıqlığı 4,5 metr, uçuş kütləsi təxminən 5 tondur. Enerji mənbəyi- günəş panelləridir. Yerə qayıtdıqda isə adi təyyarə kimi eniş edir.
 
X-37B 2010-cu ildən istismardadır. O, ABŞ Müdafiə Nazirliyi üçün "United Launch Alliance" şirkəti ("Boeing" və "Lockheed Martin"in birgə müəssisəsi) tərəfindən hazırlanıb.
 
Rusiyada X-37B-yə qarşı tənqidlər
 
Rusiya dəfələrlə "Boeing X-37" layihəsinin inkişafı ilə bağlı narahatlığını bildirib. 2021-ci ildə "Almaz-Antey" silah konserninin rəhbəri Yan Novikov bəyan edib ki, X-37B altı nüvə başlığı daşıya bilər.
 
2022-ci ilin aprelində "Roscosmos"un o zamankı rəhbəri Dmitri Roqozin X-37B-nin "kütləvi qırğın silahları daşıya biləcəyini" və "kosmosdan hücum təhlükəsi" yaratdığını bildirib.
Link kopyalandı!
Son xəbərlər