Ekskluziv
265
10 Mar 2025 | 23:30

"Kanada heç vaxt heç bir formada Amerikanın bir hissəsi olmayacaq" - Castin Trüdo

"Maliyyəçi və autsayder: Kanadanın yeni baş naziri müəyyənləşib..."
 
Kanadada Liberal Partiyanın yeni sədrini və ölkənin baş nazirini müəyyənləşdirən praymeriz başa çatıb. Seçkilərin qalibi İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni olub. O, Jastin Trüdonun kabinetində yer almayan yeganə namizəd  olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "ekhokavkaza.com" nəşri məlumat yayıb.
 
Karni 85,9 faiz səs toplayıb. Digər namizədlər isə aşağıdakı nəticələri əldə edib: Kanada parlamentinin deputatı, keçmiş maliyyə naziri Xristya Friland 8%, parlament üzvü, keçmiş Nümayəndələr Palatasının sədri Karina Quld 3%, keçmiş parlament üzvü və iş adamı Frenk Beylis 3%-dən az səs toplayıb.
 
Karnini gözləyən çətinliklər
 
Mark Karninin qarşısında partiyanın nüfuzunu bərpa etmək, ABŞ-la tariflər barədə danışıqlar aparmaq və cənub qonşusu ilə ərazi mübahisəsini həll etmək kimi çətin vəzifələr dayanır.
 
ABŞ prezidenti Kanada mallarına eyni rüsumlar tətbiq etməklə qarşılıqlı tariflər tətbiq edəcəyini vəd edib. Bundan əvvəl o, Kanadadan idxal edilən mallara 25 faizlik tarif elan etsə də, bu qərarın icrasını aprelin 2-dək dondurub.
 
Yanvarın əvvəlində Tramp bildirib ki, "bir çox kanadalı ABŞ-ın 51-ci ştatı olmaq istəyərdi", çünki bu, vergilərin azalmasına və tariflərin ləğvinə gətirib çıxarardı.
 
Karnidən sərt cavab: "Amerika Kanadanı işğal etmək istəyir"
 
Qələbə nitqində Mark Karni Trampı Kanadanı ələ keçirmək niyyətində olmaqda ittiham edib. "Amerikalılar bizim resurslarımıza, suyumuz, torpağımız və ölkəmizə göz dikib. Əgər bunu bacarsalar, həyat tərzimizi məhv edərlər", - Karni bildirib. O, əlavə edib: "Kanada heç vaxt heç bir formada Amerikanın bir hissəsi olmayacaq".
 
Mark Karni kimdir?
 
59 yaşlı Mark Karni indiyə qədər seçkili vəzifə tutmayıb, parlament üzvü deyil və Trüdonun nüfuzu aşağı düşmüş hökumətindən məqsədyönlü şəkildə uzaq durub. O, uzun illərdir Liberal Partiyanın potensial lideri hesab olunub. Harvard Universitetinin məzunudur, iqtisadiyyat üzrə ixtisaslaşıb.
 
"Goldman Sachs" investisiya bankında London, Nyu-York, Toronto və Tokioda çalışıb. 2000-2013-cü illərdə Kanada Bankının sədri olub. 2013-2020-ci illərdə İngiltərə Bankına rəhbərlik edib. 2023-cü ildən "Bloomberg" şirkətinin Direktorlar Şurasının sədridir. Kanada, Böyük Britaniya və İrlandiya vətəndaşlıqlarına malikdir.
 
Xatırladaq ki, Justin Trüdo yanvarın 6-da istefa vermək niyyətində olduğunu açıqlayıb. O, yeni lider seçilənə qədər vəzifəsində qalacağını bildirib. Bu qərar Liberal Partiyanın nüfuzunun aşağı düşməsi və Trüdonun partiya daxilində digər nüfuzlu siyasətçilərlə qarşıdurması fonunda qəbul edilib.
Link kopyalandı!
Son xəbərlər