Ekskluziv
629
10 Mar 2025 | 19:00

"Bu, Əfqanıstandan da pis olacaq": Trampın tərəfdarı Ukraynaya yardımın bərpasına çağırıb

"Gələn həftə Rusiyanın bank sistemi və enerji sektoruna qarşı əlavə sanksiyalar təqdim olunacaq..."
 
ABŞ Ukraynaya hərbi yardımı mümkün qədər tez bərpa etməli və onu döyüşlər bitənə qədər davam etdirməlidir. Çünki Ukraynanın süqutu 2021-ci ildə Əfqanıstanda Qərbyönlü hökumətin devrilməsindən daha ağır nəticələrə səbəb olacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem "Fox News" nəşrinə verdiyi müsahibədə bildirib. Məlumatı "gazeta.ru" nəşri yazıb.
 
Siyasətçi Zelenski ilə Tramp arasındakı gərginlikdən sonra ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları göndərilməsini dayandırmasından narahat olduğunu ifadə edib.
 
"Əgər biz Ukraynaya dəstəyi kəssək, bu, Əfqanıstandan da pis olacaq. Mən düşünmürəm ki, prezident Tramp bunu etmək niyyətindədir. Atəşkəs əldə olunana qədər mən Ukraynaya özünü müdafiə etmək üçün lazım olan silah və kəşfiyyat dəstəyini verərdim", - Qrem vurğulayıb.
 
Bununla yanaşı, senator gələn həftə Rusiyanın bank sistemi və enerji sektoruna qarşı əlavə sanksiyalar təqdim olunacağını bildirib. Onun sözlərinə görə, bu addımlar Moskvanı danışıqlar masasına əyləşdirməyə məcbur etmək üçün atılır.
 
"Lakin Ukraynaya lazımi silahlar verilmədən bu danışıqlar mənasız olacaq. Münaqişənin həllinə yardım etmək mümkün deyil, əgər Ukraynaya kəşfiyyat və müdafiə üçün resurslar verilməsə, döyüşlər davam edəcək. Ümid edirəm ki, gələn həftə Ukrayna bizə müharibənin necə bitməli olduğu ilə bağlı aydın bir nöqteyi-nəzər təqdim edəcək və biz onun dayandırılması üzərində işləməyə başlayacağıq", - senator əlavə edib.
 
ABŞ-ın Ukraynaya yardımı dayandırması
 
Xəbər verildiyi kimi, bu həftə ABŞ Ukraynaya hərbi yardımı, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsini tamamilə dayandırıb.
 
Bundan öncə Tramp Ukraynanın müharibəni bitirmək istəmədiyini, çünki ABŞ-ın yardımı sayəsində özünü güclü hiss etdiyini bildirib.
 
Daha sonra Tramp əgər Kiyev sülhə meylli olduğunu göstərməsə, ABŞ-ın Rusiya-Ukrayna müharibəsindən tamamilə uzaqlaşa biləcəyini bəyan edib.
Link kopyalandı!
Son xəbərlər