Ekskluziv
975
15:21, Bu gün

"Elektrik enerjisini pulsuz əldə edəcəyik? - HANSI ŞƏRTLƏRLƏ...

"Gələcəkdə elektrik enerjisini tamamilə pulsuz əldə edəcəyimizi desəydilər, inanardınızmı? Bəlkə də yox, amma Jeff Bezos, Bill Gates və Richard Branson kimi milyarderlər tam da bu ideyanın arxasınca gedirlər. Onların dəstəklədiyi Commonwealth Fusion Systems (CFS) insanlıq tarixində ilk dəfə olaraq günəşin enerji istehsal prinsipini yer üzündə təkrarlamaq və nüvə sintezindən real elektrik enerjisi əldə etmək istəyir. Bu texnologiya uğur qazanarsa, neft, qaz və hətta bərpa olunan enerji mənbələri tarixə qovuşa bilər.
Belə bir sual ünvanlayaq: Sizcə, bir qram dəniz suyu ilə 82,000 litr benzinin verdiyi enerjini istehsal etmək mümkündürmü? 
 
Cavab təbii ki, bəli, əgər CFS-in planları reallaşarsa, bu bir xəyal olmayacaq. Onların üzərində işlədiyi SPARC reaktoru adlanan sistem yaxın müddətdə enerji hasil edəcək ilk kommersiya nüvə sintezi qurğusu ola bilər"
 
 
 Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib. 
 
"Nüvə sintezi atomların birləşərək enerji yaratdığı bir prosesdir – bu, eyni zamanda günəşin enerji qaynağıdır. Ənənəvi nüvə enerjisi (fission) atomları parçalayaraq enerji istehsal edir, lakin bu zaman radioaktiv tullantılar yaranır və böyük təhlükələr mövcuddur. Nüvə sintezi isə təhlükəsizdir, tullantı yaratmır və istənilən yanacaq mənbəyi ilə işləyə bilər.
CFS-in inkişaf etdirdiyi texnologiyanın əsas fərqi yüksək temperatur superkeçirici maqnitlərdən istifadə etməsidir. Bu maqnitlər ənənəvi reaktorlardan 100 dəfə kiçik və daha  güclüdür, bu da nüvə sintezi üçün lazım olan 100 milyon dərəcədən yüksək temperaturu yaratmağa imkan verir.
Əgər SPARC uğurlu olarsa, bu o deməkdir ki:
Birincisi, təmiz enerji əldə ediləcək və heç bir zərərli tullantı olmayacaq. Ikincisi, limitsiz yanacaq mənbəyi olacaq. Bu yanacaq qaynağının adı isə dənizdir".
Link kopyalandı!
Son xəbərlər