Taras Şevçenkonun doğum günündə Rusiya Taras Şevçenkonun ölüm xəbərini yaydı...
Ekskluziv
388
11:41, Bu gün

Taras Şevçenkonun doğum günündə Rusiya Taras Şevçenkonun ölüm xəbərini yaydı...

Görkəmli Ukrayna şairi Taras Şevçenkonun adaşı cəbhədə həlak olub. Ancaq maraqlı bir nüans var - bu Saratov vilayətindən olan işğalçıdır.
 
Moderator.az war.telegraf.com nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın telegram-kanallarında məlumat yayılıb  və Ukraynalı bloger Denis Kazanski buna diqqət çəkib.
Orijinal məlumat 27 fevral 2025-ci il tarixlidir və Taras İqoreviç Şevçenkonun döyüş tapşırığını yerinə yetirərkən öldürüldüyü bildirilir. Ancaq bunun dəqiq harada baş verdiyi göstərilmir.
 
"2000-ci il təvəllüdlü Taras Şevçenko Ukrayna müharibəsində həlak olub. Amma bir nüans var - o, Rusiya Federasiyasının Saratov vilayətindən olan işğalçıdır. Sən kim olmalısan ki, oğluna Taras Şevçenko adını qoyub, onu Ukraynaya nifrət edən rus nasisti kimi böyüdəsən", - deyə  Kazanski sual edib.
 
Bundan əvvəl xəbər verildiyi kimi, martın 9-da Ukraynada bu xalqın görkəmli şairi Taras Qriqoryeviç Şevçenkonun anadan olmasının 211-ci ildönümü qeyd olunub. Bu arada hətta işğal olunmuş Krımdakı ukraynalı vətənpərvərlər də yaddaqalan tarixi qeyd etmək qərarına gəliblər. Onların bir çoxu yarımadanın ruslar tərəfindən işğalına etiraz olaraq “Kobzar”la (şairin şeirlər toplusunun adı- S.L.) birlikdə küçələrə çıxıblar...
 
P.S. Görünür, Rusiya təbliğatçıları 10 gün əvvəl ölmüş Taras Şevçenko adlı işğalçı hərbçilərinin ölüm xəbərini bilərəkdən görkəmli  Ukrayna şairi Taras  Şevçenkonun doğum günündə yayıblar. Bu da onların özünəməxsus həyasız psixoloji informasiya savaşıdır...
 
S.Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər