İsrail niyə Suriyayadakı situasiyaya müdaxilə etməməlidir?.. -
Ekskluziv
1706
09 Mar 2025 | 06:36

İsrail niyə Suriyayadakı situasiyaya müdaxilə etməməlidir?.. -"İsrael Hayom"

Ekspertlərin fikrincə, İsrail Suriyada hərbi mövcudluğunu saxlamamalıdır, çünki bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər...
 
İsrail hakimiyyəti resursları Qəzzada "HƏMAS"-ı məhv etməyə və ya Livanda "Hizbullah"ı zərərsizləşdirməyə deyil, Suriyada mübahisəli hərbi mövcudluğa yönəldir ki, bu da ekspertlərin ciddi narahatlığına səbəb olur.
 
Moderator.az xəbər verir ki, bu barədə "İsrael Hayom" nəşri yazır.
 
"Son məlumatlara görə, İsrail ordusu Suriya ərazisində fəaliyyətini gücləndirərək, nə hərbi zərurət, nə də dəqiq strategiya ilə dəstəklənməyən addımlar atır.
Onların arasında Suriya ərazilərinin işğalı, Dəməşqin cənubunda hərbsizləşdirilmiş zonanın yaradılmasının elan edilməsi və özləri də İsraildən dəstək istəməyən druzlara kömək etmək niyyəti barədə bəyanatlar var. Eyni zamanda, druzlar əvvəlki kimi özlərini Suriyanın bir hissəsi hesab edirlər və İsraillə ittifaq qurmağa can atmırlar. Onların əsas məqsədləri yeni siyasi reallıqda öz statuslarını qorumaqdır, burada onlar üçün əsas təhlükə "Əl-Qaidə" və "İŞİD"-dən qaynaqlanan "Əş-Şəriyə"dir.
 
Dəməşqin yeni hökuməti dəfələrlə bəyan edib ki, o, İsraillə müharibəyə can atmır və onun əsas düşmənləri İran və "Hizbullah"dır və onlar vətəndaş müharibəsindəki rollarına görə bağışlanmayacaqlar. Bununla belə, İsrail düşmənlərini strateji cəhətdən cilovlamaq əvəzinə, əks effektə - Suriya ilə Türkiyə arasında yaxınlaşmaya səbəb ola biləcək hərəkətləri ilə avantüraya çəkilir. Belə bir ssenaridə Suriyada islamlaşmanı istəməyən şəriət əleyhdarları İsraildən çox Ərdoğanı dəstəkləməyə üstünlük verəcəklər.
 
Mütəxəssislər xəbərdarlıq edirlər ki, İsrail boş bəyannamələr və gur piar kampaniyaları ilə təhlükəsizliyini gücləndirmir. Suriyada dəqiq məqsədi olmayan hərbi mövcudluq nəinki milli maraqların qorunmasına töhfə vermir, həm də yəhudi dövlətinin əleyhdarlarının əlinə oynayır", -İsrail nəşri belə yazır.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər