Fransa, Almaniya, İtaliya və Böyük Britaniya ərəblərin Qəzzanın yenidən qurulması planını dəstəklədi...-
Ekskluziv
1716
08 Mar 2025 | 17:27

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya ərəblərin Qəzzanın yenidən qurulması planını dəstəklədi...-"Reuters"

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya ərəb dövlətlərinin Qəzza zolağının yenidən qurulması planını dəstəkləyib.
 
Moderator.az  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının Fələstin məsələsi ilə bağlı fövqəladə sammiti keçirilib. Nəticədə iştirakçılar Fələstin xalqının öz torpaqlarında mövcudluğunun qorunub saxlanmasını nəzərdə tutan Qəzza zolağının reabilitasiyası üçün Misir tərəfindən hazırlanmış planı təsdiqləyiblər. Layihə üç mərhələdən ibarətdir və birinci mərhələ evlərini itirmiş fələstinlilərə müvəqqəti sığınacaqların verilməsidir.
 
"Biz Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın xarici işlər nazirləri Qəzzanın Bərpa Planı ilə bağlı ərəb təşəbbüsünü alqışlayırıq. Plan Qəzzanın reabilitasiyası üçün real yolu müəyyən edir və fələstinlilərin ağır həyat şəraitində sürətli və davamlı yaxşılaşma təmin edəcəyini vəd edir", - bəyanatda deyilir.
 
Nazirlər qeyd ediblər ki, yenidənqurma və reabilitasiya səyləri həm israillilər, həm də fələstinlilər üçün məqbul olan möhkəm siyasi və təhlükəsizlik təməli üzərində qurulmalı və bununla da uzunmüddətli sülh və təhlükəsizliyi təmin etməlidir.

Xatırladılır ki, Misirin tərtib etdiyi və ərəb liderləri tərəfindən qəbul edilən plan ABŞ prezidenti Donald Tramp tərəfindən rədd edilib.

İsrail Xarici İşlər Nazirliyi də ərəb planını tənqid edərək, ABŞ administrasiyasına Trampın planını həyata keçirmək imkanı verilməsini təklif edib.

S.Laçın

 
Link kopyalandı!
Son xəbərlər