Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın baş naziri Nikol Paşinyan işə ictimai nəqliyyatla gedib.
Moderator.az xəbər verir ki, "Atmtimes" nəşrinin yaydığı məlumata görə, o, bu barədə sosial şəbəkədəki səhifəsində paylaşdığı videoya şərhdə yazıb.
“Mən işə avtobusla gəldim, vətəndaşlarla ünsiyyətdə oldum”, - deyə baş nazir bildirib.
Xatırladaq ki, Paşinyan əvvəlki illərdə də bir neçə dəfə işə avtobusla, yaxud velosipedlə getmiş, bu ilin yanvar ayında isə metroya da minmişdi...