“Prezident İlham Əliyevin Türkiyə səfəri bütövlükdə türk dünyasının iqtisadi inkişafına təkan verəcək”
Ekskluziv
291
13:40, Bu gün

“Prezident İlham Əliyevin Türkiyə səfəri bütövlükdə türk dünyasının iqtisadi inkişafına təkan verəcək”

“Azərbaycan-Türkiyə əməkdaşlığı kifayət qədər strateji əhəmiyyət daşıyan, dost, qardaşlıq prinsiplərinə söykənən çoxşaxəli münasibətləridr. Beynəlxalq münasibətlər sisteminə baxsaq görərik ki, bu prinsiplərə söykənən dövlətlərin sayı elə də çox deyil”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bidlirib. Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələri əhatə edən unikal qardaşlıq nümunəsidir:

“İki dövlət, iki xalq arasında çox dərin və çoxşaxəli bağlar mövcuddur. Məhz bu amil münasibətlərin inkişafına ciddi təsir göstərir. Siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik və digər baxımdan iki dövlət arasında sıx əlaqələr mövcuddur. Bu münasibətlər qarşılıqlı etimad və dəstək prinsipinə söykənib. İki dövlət bütün siyasi platformalarda bir-birini dəstəkləyir.

Müstəqillik tariximizə nəzər saldıqda görərik ki, Türkiyə hər zaman bizim yanımızda olub. Azərbaycan da hər zaman Türkiyənin yanında olub, onun atdığı addımları dəstəkləyib.

İqtisadi baxımdan iki ölkə arasıdna səmərəli əmədkaşlıq mövcuddur. Azərbaycan neft-qaz təchizatı baxımından Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir və beynəlxalq oyunçulardan biridir. Azərbaycan Türkiyə və Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır. TANAP bu cür layihələrdən biridir.

Azərbaycanla Türkiyə arasında hərbi sahədə ciddi əməkdaşlıq var. Bunun ən böyük isbatı vaxtaşırı birgə hərbi təlimlərin keçirilməsidir. Türkiyə Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynayıb.

İki dövlət arasında mədəni və humanitar əlaqələr də mövcuddur.  Bu əlaqələr vahid din, dil və tarixi ənənə prinsiplərinə söykənir. Türk Dövlətləri Təşkilatının fəaliyyətində Azərbaycan-Türkiyə tandemi üzərində bərqərar olması bir faktdır”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyə səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi töhfə verəcək:

“Cənab Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri bir daha göstərdi ki, iki dövlət arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi mühüm yer tutur. Azərbaycan-Türkiyə əməkdaşlığı Avropanın etibarlı enerji təminatı baxımından həyati əhəmiyyətə malikdir. 2024-cü il mayın 14-də İstanbulda Azərbaycanla Türkiyə arasında mühüm sənəd imzlandı. Bu müqavilə təbii qaz sahəsində əməkdaşlığı nəzərdə tuturdu.

TANAP-ın qaz ötürmə gücü bir il üçün 16 milyon kub metrdir. Bunu 2027-ci ildə 31 milyon kub metrə qədər qaldırmaq mümkündür.

İğdır-Naxçıvan qaz kəməri də mühüm strateji əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə Naxçıvanın enerji təhlükəsizliyi baxımından önəmlidir. Naxçıvan bugünə qədər qaza olan tələbatını İran üzərindən əldə edirdi. İndi isə öz enerji tələbatını təmin etmək üçün ikinci bir imkana sahibdir.

Yeni infrstruktur layihələrin istifadəyə verilməsi həm regional əməkdaşlığın strateji önəmini artıracaq, həm də sabitliyi təmin edəcək.

Onu da xatırladım ki, cənab Prezident Türkiyə səfərində türk dünyasının daha da güclənməsinin önəminə diqqət çəkdi, türk dövlətləri arasında iqtisadi əmədkaşlığın genişlənməsini vacibliyini vurğuladı.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkiyə səfəri bütün türk dünyasının iqtisadi əməkdaşlığının genişlənməsinə təkan verəcək”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər