Koreyada qırıcı təyyarə səhvən mülki binalara 8 bomba atdı - 15 nəfər yaralandı...
Ekskluziv
396
10:52, Bu gün

Koreyada qırıcı təyyarə səhvən mülki binalara 8 bomba atdı - 15 nəfər yaralandı...

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcı  təyyarəsi səhvən mülki binalara 8 bomba atıb, 15 nəfər yaralanıb
Moderator.az xəbər verir ki,  bu haqda  "Korea times" nəşri məlıumat yayıb..

Hərbi Hava Qüvvələrinə məxsus ən azı bir döyüş təyyarəsi canlı atəş təlimləri zamanı təlim poliqonunun kənarına səhvən səkkiz bomba atıb və nəticədə bölgədəki mülki şəxslər yaralanıb.

Canlı atəş təlimində iştirak edən "KF-16" qırıcı təyyarəsi səhər saat 10:04-də Seuldan 42 kilometr şimal-şərqdə, Poçeon şəhəri yaxınlığındakı təlim poliqonundan kənarda səkkiz "MK-82" bombasını buraxıb.

Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırma apardığını bildirib və mülki şəxslərə dəyən zərərə görə üzr istəyib.

 

Link kopyalandı!
Son xəbərlər