Paşinyan parlamentdə Ruben Vardanyan haqda nə dedi?..
Ekskluziv
1084
10:40, Bu gün

Paşinyan parlamentdə Ruben Vardanyan haqda nə dedi?..

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdəki çıxışında Bakıda saxlanılan erməni hərbi əsirlərin vətənlərinə qaytarılması üçün hökumətin nə etdiyinə aydınlıq gətirməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu məlumat yayıb. 
 
Müxalifətdən olan deputat Aqnesa Xamoyan belə sual verib: 
“Ermənistan hökuməti Bakıda erməni məhbusların geri qaytarılması üçün bəyanatlardan başqa nə edir?”
 
Nikol Paşinyan sülh müqaviləsinin imzalanması istiqamətində görülən səylərin problemin həllinə töhfə verəcək addımlardan biri olduğunu bəyan edib. 
 
"Ermənistan Respublikasının baş nazirinin vəzifəsi yalnız bir şəxsin maraqlarına deyil, həm də Ermənistan Respublikasının dövlət maraqlarına və Ermənistan Respublikası vətəndaşlarının mənafelərinə xidmət etməkdir. Bəli, proporsional şəkildə, ağlabatan şəkildə,  həllinə diqqət yetirməkdir", - Paşinyan belə deyib.
 
 
Link kopyalandı!
Son xəbərlər