Tramp
Ekskluziv
711
06:46, Bu gün

Tramp "HƏMAS"-la birgə Qəzza xalqını da təhdid etdi... 

ABŞ prezidenti Donald Tramp ərazidəki bütün israilli əsirlərin azad edilməsi tələbinin bir hissəsi olaraq “HƏMAS” və Qəzza xalqını təhdid edib. Çərşənbə günü sosial mediada yazdığı bir yazıda o, əsirlərin azad edilməməsini "cəhənnəmlə ödəyəcəkləri" barədə xəbərdarlığını təzələyib.
 
Moderator.az bu haqda “Əl-Cəzirə” kanalına istinadla xəbər verir.
 
O, "Truth Social" şəbəkəsində belə yazıb: "Bütün girovları indi azad edin, sonra deyil, öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, əks halda işiniz bitdi. [...] Siz mənim dediklərimi yerinə yetirməyincə heç bir "HƏMAS" üzvü təhlükəsiz olmayacaq".

Onun sözlərinə görə, “bu, sonuncu xəbərdarlıqdır”.

" "HƏMAS" rəhbərliyinə gəlincə, indi sizin hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır. Qəzza xalqını isə qarşıda parlaq gələcək gözləyir, amma girov saxlasalar, yox", - Tramp əlavə edib.

"Axios" nəşri  bir az  əvvəl ABŞ-nin girovları azad etmək üçün "HƏMAS" ilə birbaşa danışıqlar apardığını bildirmişdi. Nəşr onları "görünməmiş" adlandırıb.

İki mənbənin məlumatına görə, danışıqlar “son həftələrdə” Qətərin paytaxtı Dohada baş tutub. Əsas diqqət amerikalı girovların azad edilməsinə yönəltməklə yanaşı, digər girovların azad edilməsinə və “uzunmüddətli atəşkəs”ə nail olunmasına da yönəlib.


"Axios" danışıqları “görünməmiş” adlandırır, çünki ABŞ heç vaxt Vaşinqtonun hələ 1997-ci ildə terror qruplaşması elan etdiyi "HƏMAS" ilə birbaşa işləməyib.

ABŞ "HƏMAS" ilə danışıqları İsraillə koordinasiya etməyib. "Axios"-un yazdığına görə, İsrail onlar haqqında “başqa kanallar vasitəsilə” öyrənib.

S.Laçın
Link kopyalandı!
Son xəbərlər