“Türkiyə və Ukrayna orduları birlikdə Rusiya ordusuna yetərincə güclü alternativ olacaq...”
Ekskluziv
1121
05 Mar 2025 | 17:57

“Türkiyə və Ukrayna orduları birlikdə Rusiya ordusuna yetərincə güclü alternativ olacaq...”

Bu gün artıq Avropa da Türkiyədən bu cür asılılığını hiss edir. Odur ki, Ukraynanın da gücləndirilməsi də çox vacibdir...”
 
“Əlbəttə ki, Türkiyənin Ukraynaya dəstəyi onun müqavimətində ciddi rol oynaya bilər və fikrimcə, belə bir rolu oynayacaq da... Çünki Türkiyə NATO sisteminin tərkibindədir  və Avropada da ordusunun potensial gücünə, döyüş imkanlarına görə birinci yerdədir”. 
 
Bunu Moderator.az əməkdaşının “Necə düşünürsüz, Türkiyənin Ukraynanı Ərdoğanla Zelenskinin o məşhur fotosuna uyğun olaraq öz çətiri altına alması işğalçı Rusiyaya müqavimətdə ciddi rol oynaya bilərmi?” sualına cavabında  Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov söyləyib.
 
“Digər tərəfdən, Avropaya qarşı hər hansı bir başa təhdid, hücum olarsa, Türkiyə ordusu da NATO qüvvələri tərkibində həmin hücumun qarşısında olacaq... Bu gün artıq Avropa da Türkiyədən bu cür asılılığını hiss edir. Odur ki, Ukraynanın da gücləndirilməsi də çox vacibdir. Çünki bu ölkə Avropanın içərisində ən güclü və artıq genişmiqyaslı müharibədə də  böyük təcrübəsi olan bir orduya malikdir. Və həmin ordu Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Rusiya ordusuna yetərincə güclü alternativ təşkil edə biləcək”, -deyə davamında siyasətçi vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər