Tramp Konqresdəki çıxışında Zelenskidən danışıqlara qayıtmağa hazır olması haqda məktub aldığını bəyan etdi...
Ekskluziv
1153
08:08, Bu gün

Tramp Konqresdəki çıxışında Zelenskidən danışıqlara qayıtmağa hazır olması haqda məktub aldığını bəyan etdi...

ABŞ prezidenti Donald Tramp “Ukraynada müharibəni bitirmək üçün çalışdığını” deyib və tərəfləri danışıqlara qayıtmağa çağırıb.
 
Moderator.az "NV" kanalına istinadla xəbər verir ki, o, bu barədə az əvvəl Konqresdəki çıxışı zamanı bildirib.
 
Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Kiyevin danışıqlara qayıtmağa hazır olduğunu bildirən məktub aldığını bildirib.

"Ukrayna sülh istəyir, onlar danışıqlara qayıtmaq və mineral saziş imzalamaq istəyirlər", - Tramp bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyadan Moskvanın sülh yolu ilə nizamlanmaya hazır olduğuna dair “güclü siqnal” alıb.

“Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. "Milyonlarla ukraynalı və rus heç bir səbəb olmadan öldürülüb və ya yaralanıb", - Tramp bir daha diqqətə çatdırıb.

Bundan əvvəl Vaşinqton və Kiyev diplomatik münaqişə səbəbindən uğursuzluğa düçar olan kritik minerallar sahəsində əməkdaşlıq haqqında müqavilə imzalamağı planlaşdırırdılar.

S.Laçın
Link kopyalandı!
Son xəbərlər