Bizi sosial şəbəkələrdən izləyin:
Ağ Evdə Vladimir Zelenskidən niyə kostyum geyinmədiyini soruşan “Real America's Voice” ifrat sağçı şəbəkəsinin jurnalisti Brayan Qlenn təhdidlərdən şikayətlənib.
Moderator.az xəbər verir ki, "Ukrainskaya pravda"nın məlumatına görə, jurnalist bu haqda "BBC"-yə müsahibəsində danışıb.
"Sosial mediada minlərlə, on minlərlə şərh, ölümlə hədələmə, telefon zəngləri - nömrəmi haradan aldıqlarını bilmirəm", - deyə Qlenn bildirib..
O, etiraf edib ki, görünür, insanlar onun Vladimir Zelenskinin Oval kabinetdəki adamların sahib olmalı olduğu “hörmət səviyyəsini” başa düşüb-düşmədiyini yoxlamaq niyyətinianlamayıblar.
"Çoxları deyəcək ki, bəs İlon Mask niyə Oval kabinetdə kostyum geyinmir? Niyə papaq qoyur? Oval kabinetə niyə uşaq gətirir? Yaxşı, Mask vergi ödəyicilərinin milyardlarla dollarına qənaət etməkdən məsuldur...
Zelenskiyə 300 milyarda yaxın pul və hərbi texnika verilib. Ona görə də düşünürəm ki, bu, onun bir az hörmət göstərməsinə dəyər”, - Qlenn bildirib.
Qlenn "MAGA"-nın Donald Tramp tərəfdarları hərəkatının açıq bir fəalıdır. O, həmçinin Ukraynaya dəstəyi sərt şəkildə tənqid edən tanınmış konqresmen Marjori eaylor Qrin ilə görüşür.
S.Laçın