Tofiq Abbasov: “Bu quruma Sülh Fondu demək riyakarlıqdır”
“Avropa Sülh Fondunun adı Müharibə Fondu kimi rəsmiləşdirilməlidir. Bu quruma Sülh Fondu demək riyakarlıqdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Avropa İttifaqının Avropa Sülh Fondunun əli ilə Ermənistana tranş ayırmaq cəhdi sülhə zərbədir:
“Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib. Ən gülməlisi isə budur ki, bütün bunlar sülhə və təhlkəsizliyə töhfə vermək adı ilə həyata keçirilir.
Xatırladaq ki, bundan öncə də Avropa Sülh Fondu Ermənistanın silahlandırılmasına vəsait ayırmışdı.
Hansı adla olursa-olsun Ermənistanın silahlandırılmasına vəsaitin ayrılması Cənubi Qafqazda sülhə vurulan zərbədir. Bunun başqa adı, başqa izahı yoxdur. Avropa İttifaqı Ermənistanın silahlandırılması prosesini dayandırmalıdır. Əks təqdirdə, regionda sülhün və təhlükəsizliyin bərqərar olması qeyri-müəyyən vaxta qədər təxirə düşəcək”.
Seymur ƏLİYEV