“Prezident hər şeyə görə kimlərdənsə icazə almalıdır... Bu cür durumda özünə hörmət edən adam istefaya...”
Ekskluziv
986
12:12, Bu gün

“Prezident hər şeyə görə kimlərdənsə icazə almalıdır... Bu cür durumda özünə hörmət edən adam istefaya...”

“Bu saat əsas problem İranın rəhbərliyində səlahiyyətlərin bölgüsü, vəzifələrin icrasıyla bağlı olan siyasi böhrandır. Bu da ya mollaların geri çəkilməsi, yaxud Pezeşkian və onun komandasının istefasıyla nəticələnməlidir...”
 
Son həftələr İrandakı  iqtisadi-siyasi böhran getdikcə dərinləşir. Bu günlərdə iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmati işdən çıxarıldı, vitse-prezident Məhəmməd Cavad Zərif istefa verdi. İsrail mediasının bu gecə yaydığı məlumata görə, hətta fəaliyyətə başlamasının bir ili də tamam olmamış ölkə prezidenti Məsud Pezeşkian da istefa ərizəsi yazıb, amma ali dini lder Əli Xamenei bunu qəbul etməyib. 
 
Görəsən, əhalisinin yarıdan çoxu soydaşlarımızdan ibarət olan qonşu ölkədəki proseslər bundan sonra hansı istiqamətdə inkişaf edəcək?..
 
“Bəli, İranda sosial-iqtisadi böhranın ardınca siyasi böhran da baş qaldırıb. Prezident Pezeşkianın istefa verə bilməsinə gəldikdə, təbii haldır, özünə hörmət edən adam müəyyən durumda vəzifədən istefa ərizəsini yazmalıdır. Hazırda İranda prezident vəzifəsi faktiki heç bir şeyi həll etmir. Hətta onun ən daraldılmış vəzifələri çərçivəsində də hərəkət etməsinə imkan verilmir. Və prezident hər şeyə görə kimlərdənsə icazə almalıdır. Sözsüz ki, bu şəkildə fəaliyyət göstərmək mümkün deyil. Ona görə də belə bir durumda İranda daxili siyasi böhran da getdikcə dərinləşməlidir”, - deyə davamında həmsöhbətimiz bildirib.
 
“İqtisadi böhran isə ölkənin tam izolyasiya olunmasıyla, Qərbin, Amerikanın tətbiq etdiyi sanksiyalarla bağlıdır. İndiyədək İran rəhbərliyi neft və qazdan gələn gəlirlərdən əhaliyə pul paylayaraq iqtisadiyyatı bu qaydada saxlamaqla məşğul idi. Bu gün isə həmin gəlirlər kifayət qədər gəlmir və onu təmin edə bilmirlər. Başqa tədbirlər görmək, ölkəyə investisiya cəlb etmək və s. üçün isə şərait və imkan yoxdur. İqtisadi islahatlar keçirmək isə onların sisteminin çökməsinə gətirib çıxara bilər. Odur ki, belə bir ağır iqtisadi böhran başlayıb. Lakin bu saat əsas problem İranın rəhbərliyində səlahiyyətlərin bölgüsü, vəzifələrin icrasıyla bağlı olan siyasi böhrandır. Bu da ya mollaların geri çəkilməsi, yaxud Pezeşkian və onun komandasının istefasıyla nəticələnməlidir”, - siyasətçi vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər