Çeçen döyüşçülər Ukrayna tərəfə keçərək Rusiyanın kəşfiyyat məlumatlarını ötürdülər...-FOTO
Ekskluziv
1043
07:17, Bu gün

Çeçen döyüşçülər Ukrayna tərəfə keçərək Rusiyanın kəşfiyyat məlumatlarını ötürdülər...-FOTO

Hərbçilərdən biri Rusiya qoşunlarının mövqeləri, hücum təyyarələrinin sayı, hücum əməliyyatlarının vaxtı və marşrutları və s. barədə məlumatları ötürüb...

Çeçenistandan olan iki əsgər Ukraynaya qaçıb və  Rusiya işğalçı qüvvələri haqda kəşfiyyat məlumatlarını ötürüb. Unikal əməliyyatı Ukrayna Müdafiə Qüvvələri, hərbi əks-kəşfiyyat, Ukrayna Təhlükəsizlik Xidməti və Şeyx Mənsur adına çeçen könüllü batalyonu həyata keçirib.
 
Moderator.az xəbər verir ki, əməliyyatla bağlı məlumatı "TSN" yayıb. 
 
Ukrayna tərəfinə keçən əsgərlərdən biri Seyfullah Alsultanov Rusiyaya münasibətini bildirib:
 
"Rusiyalı nifrət etdiyim insandır, ədalətsiz, hiyləgər, rəzil, çirkli, yuyunmamış rusdur. Və bu nifrət əsrlərdir davam edir. Nə qədər ki, Rusiya var, şər məğlubedilməzdir", - deyə o vurğulayıb.
 
Alsultanov Rusiya Federasiyasının mövqeləri, hücum təyyarələrinin sayı, hücum əməliyyatlarının vaxtı və marşrutları və digər məlumatları Ukrayna Təhlükəsizlik Xidmətinə ötürüb. Həmin şəxsin 242-ci mühafizə bölüyünün hücum tağımında atıcı olduğu məlum olub. O, Ukrayna tərəfinə keçmək qərarını çoxdan verib:
 
“Planım müqavilə imzalamaq və ilk fürsətdə qardaşlarımı öldürən ruslara qarşı döyüşmək üçün Ukrayna tərəfinə keçmək idi”.
 
Eyni zamanda, başqa bir çeçen, 45 yaşlı Abdulla Malikov vurğulayıb ki, bu, onların müharibəsi deyil. O bildirib ki, evdə onu aldadaraq polis bölməsinə aparıblar, orada zirzəmidə saxlayıblar və işgəncələrə məruz qoyublar ki, müqavilə imzalasın.
 
"Onlar huşumu itirənə qədər məni döydülər və yenidən zirzəmiyə atdılar", - deyə çeçen döyüşçü xatırlayıb.
 
Nəhayət, işgəncə yolu ilə sənədləri imzalamağa nail olduqdan sonra həmin şəxs Luqansk vilayəti ərazisinə göndərilib. O, Ukrayna tərəfinə keçmək qərarına gəlib.
 
Əvvəlcə o, Ukraynanı müdafiə edən çeçen batalyonu ilə, daha sonra isə hərbi əks-kəşfiyyatla əlaqə yaradıb. Ukrayna tərəfi ona minalanmış 1,5 kilometrlik yolu keçməyə kömək edib.
 
Digər döyüşçü də 10 ildir Ukraynanı Rusiyanın təcavüzündən müdafiə edən Şeyx Mənsur adına Könüllülər batalyonu vasitəsilə kəşfiyyatçılarla əlaqə saxlayıb. Seyfullah Əlsultanov rus işğalçıları ilə hücuma keçmək əmrini alanda ikili oyuna başlayıb.
 
Hər iki əsgər uğurla Ukrayna tərəfinə keçib. Bundan sonra onlar düşmən agenti olmadıqlarını sübut etmək üçün çoxsaylı sınaqlardan keçiblər. Onları xüsusilə də yalan detektoru ilə yoxlayıblar.
Link kopyalandı!
Son xəbərlər