Ekskluziv
353
03 Mar 2025 | 21:07

"Donald Tramp Ağ Evdə yəhudi dövlətinin ən böyük müttəfiqidir" - Netanyahu

"İsrail ABŞ-ın HƏMAS-la atəşkəsin ilk mərhələsini Ramazan və Pasxa müddətində uzadılması planını qəbul edib..."
 
İsrail baş naziri Binyamin Netanyahü ABŞ prezidenti Donald Trumpa müraciət edərək ona dərin təşəkkürünü bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
 
Netanyahu öz müraciətində Donald Trampı Ağ Evdə yəhudi dövlətinin ən böyük müttəfiqi adlandırıb.
 
O, Trumpın "qətiyyətli dəstəyini" xüsusilə üç əsas sahədə yüksək qiymətləndirib: Qəzza üçün "uzaqgörən plan" irəli sürmək, sursatların çatdırılmasını sürətləndirmək və israilli girovların azad edilməsi üçün HAMAS-a təzyiq göstərmək.
 
Netanyahü daha öncə öz Ofisinin verdiyi bəyanatı təsdiqləyib ki, İsrail ABŞ-ın HAMAS-la atəşkəsin ilk mərhələsini 50 gün (Ramazan və Pasxa müddətində) uzadılması planını qəbul edib. Bu razılaşmaya girovların mərhələli şəkildə azad edilməsi də daxildir.
 
Xatırladaq ki, HAMAS bu təklifi rədd edib və İsrail hakimiyyətinin qəbuledilməz hesab etdiyi tələblər irəli sürüb. Buna cavab olaraq İsrail Qəzzaya mal tədarükünü dayandırıb və bunu HAMAS-ın bu resursları terror məqsədləri üçün istifadə etməsi ilə əsaslandırıb.
 
"O, bu tədarüklərdən İsrailə və mülki əhalimizə qarşı yönəlmiş terror maşınını maliyyələşdirmək üçün istifadə edir və biz bununla barışa bilmərik", - Netanyahü bu qərarı izah edib.
 
"Əgər HAMAS girovları saxlamaqda davam etsə, biz əlavə addımlar atacağıq. Və eyni zamanda İsrail bilir ki, Amerika və prezident Tramp bizi qoruyacaq", - o, sözlərinə davam edib.
 
"Bir daha sizə təşəkkür edirəm, cənab prezident! Girovlarımızın geri qaytarılması, təhlükəsizliyimizin gücləndirilməsi və Yaxın Şərqin bütün xalqları üçün gələcək rifah və sülhün təmin edilməsi üçün etdiklərinizə görə sizə təşəkkür edirəm", - Netanyahü videomüraciətinin sonunda bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər