"Əsas məsələ rəqəmlərə deyil, şəxsi vəziyyətə, münasibətlərə və valideynliyə hazır olmağa, emosional və maliyyə sabitliyinə əsaslanmaqdır..."
Ailə qurmaq qərarını tez vermək lazımdırmı, yoxsa yetkin yaşa çatmağı gözləmək daha yaxşıdır?
Moderator.az xəbər verir ki, bu mövzunu "Styler" layihəsi araşdırıb.
Nəşr yazır ki, ailə qurmaq insan həyatındakı ən vacib qərarlardan biridir. Bəs bu addımı atmaq üçün ən uyğun vaxt hansıdır? Tələsmək lazımdırmı, yoxsa maliyyə sabitliyi və həyat təcrübəsi qazanana qədər gözləmək daha məqsədəuyğundur? Ailə qurmaq üçün ən uyğun yaş hansıdır və bu barədə hansı miflərə inanmaq lazım deyil?
Gənc yaş (20-25 yaş)
Üstünlükləri:
- Yaxşı fiziki vəziyyət - bu, sağlam hamiləlik və güclü uşaqların dünyaya gəlməsinə kömək edir.
- Yetərincə enerji - uşaq tərbiyəsi ilə bağlı çətinliklərin öhdəsindən gəlmək daha asandır.
- Genetik problemlər və uşaqda anadangəlmə xəstəliklərin riski minimumdur.
Çatışmazlıqları:
- Maliyyə qeyri-sabitliyi - gənclər adətən karyeralarını yenicə qurmağa başlayır.
- Həyat təcrübəsinin azlığı- bu, münasibətlərdə və uşaqların tərbiyəsində çətinliklərə səbəb ola bilər.
Orta yaş (26-35 yaş)
Üstünlükləri:
- Maliyyə sabitliyi- bu yaşda artıq sabit gəlir və yaşayış yeri olur.
- Həyat təcrübəsi- ailə ilə bağlı məsələləri daha yaxşı həll etməyə kömək edir.
- Karyera inkişafı- bu yaşda insanlar peşəkar uğurlar qazanır və işi ailə ilə balanslı şəkildə aparmaq daha asan olur.
Çatışmazlıqları:
- Hamiləlikdə müəyyən fəsadların yaranma riski bir qədər artır.
- Gərgin iş qrafiki ailə münasibətlərinə mənfi təsir göstərə bilər.
Gec yaş (36-45 yaş)
Üstünlükləri:
- Maliyyə müstəqilliyi və sabit gələcək inamı.
- Emosional yetkinlik- ailə daxilində kompromislər tapmaq daha asan olur.
Çatışmazlıqları:
- Hamiləlik və sağlamlıqla bağlı risklərin artması.
- Fiziki aktivliyin azalması- kiçik uşaqların tərbiyəsi daha çətin ola bilər.
Araşdırmalar nə deyir?
Alimlər hesab edir ki, ailə qurmaq üçün ideal yaş müxtəlif amillərdən- sağlamlıq, maliyyə sabitliyi, psixoloji yetkinlik və şəxsi seçimlərdən asılıdır.
Amerika Psixologiya Assosiasiyasının məlumatlarına görə, ən möhkəm ailələr 26-35 yaş arasında qurulur. Bu yaş qrupuna daxil olan şəxslər ailə həyatından daha çox məmnun qalır və övlad tərbiyəsində daha uğurlu olurlar.
Statistikaya əsasən, 28-37 yaş arasında evlənən cütlüklər arasında ilk beş il ərzində boşanma hallarına daha az rast gəlinir.
Beləliklə, ailə qurmaq üçün universal yaş mövcud deyil. Hər dövrün öz üstünlükləri və çətinlikləri var. Əsas məsələ rəqəmlərə deyil, şəxsi vəziyyətə, münasibətlərə və valideynliyə hazır olmağa, eləcə də emosional və maliyyə sabitliyinə əsaslanmaqdır.