22:37
0°C
Bakı
Moderator.az xəbər verir ki, 26-27 fevral 2025 -ci il tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində Qazaq kuresi idman növü üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. AMİNA- nın kures idman növü üzrə yığma komandanın idmançıları bu çempionatında dörd bürünc medal qazanıblar. Eyvaz Baxşiyev 60 kq, Şahanə Alməmmədova 70 kq, Hacalı Qasımov 74 kq, Abdulla Abdullayev 82 kq çəkidə bürünc medala layiq görülüb.
İdmançılarımızı təbrik edir, uğurlar arzulayırıq.
Seymur ƏLİYEV