Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər...-ANALİTİK
Ekskluziv
733
10:19, Bu gün

Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər...-ANALİTİK

“Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq...”
 
“Bilirsiz, hazırda Trampı narahat edən əsas məsələrdən biri bütün Qərb dünyasının ona qarşı bnirləşməsidir. Bu gün artıq Kanada da Avropa Birliyinin yanındadır, artıq Avstraliya da ABŞ-dən məsafələşməyə başlayıb. Və Birləşmiş Ştatlar faktiki olaraq bir təcrid vəziyyətinə düşüb. Belə olduğu şəraitdə, əlbəttə ki, Tramp reallıqları nəzərə alaraq Rusiya ilə yaxınlaşma, Rusiyaya reveranslar etmək və s. işlərində bir qədər templəri azaltmalı olacaq. Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq”. 
 
Bunu Moderator.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasət sahəsində yol verdiyi ciddi səhvlərə görə, o cümlədən də Rusiya-Ukrayna savaşı barədə atdığı addımlara, Ukrayna prezidenti V.Zelenskiyə qarşı tutduğu ədalətsiz mövqeyə görə impiçmentə məruz qalması ehtimalından danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. 
 
“Bəli, artıq Trampa qarşı impiçment prosesi başladılması haqda fikirlər səslənir. Bu, mümkündür və mən istisna etmirəm ki, bu təşəbbüs hansısa bir mərhələdə, demokratlar bir yana məhz respublikaçıların özləri tərəfindən gələ bilər.  Məsələ ondadır ki, 2026-cı ilin noyabrında ABŞ Konqresə və Senatına aralıq seçkilər keçiriləcək. Və həmin seçkilərdə respublikaçıların uduzmaq təhlükəsi var. Həmin təhlükə getdikcə artır. Və belə getsə, Respublikaçıların özü tərəfindən Trampa qarşı fraksiyalar yaranacaq. O da artıq görünməkdədir- cücərtiləri var.  Əgər Respublikaçılar Partiyasının daxilində hər hansı bir qrup senatorlar, yaxud Nümayəndələr Palatasının üzvləri impiçment təşəbbüsü irəli sürərlərsə, bu o deməkdir ki, Tramp bitəcək. Yəni respublikaçıların özləri  ona qarşı impiçment prosesini başlada bilər. Bu tamamilə mümkündür. Həm nəzəri, həm də praktik baxımdan...  Təbii ki, Demokratlar Partiyasının nümayəndələri də birmənalı şəkildə bunu dəstəkləyəcəklər. Amma görək, respublikaçıların öz partiyalarının üzvü olan hazırkı ABŞ prezidentinə qarşı impiçment təşəbbüsü qaldırmağa cəsarətləri çatacaqmı? Bu bir qədər çətin sualdır”,  - deyə davamında analitik diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər