Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun ("ISW") fevralın 28-də yaydığı hesabatda deyilir.
“Putinin Rusiyanın ABŞ-la danışıqlara hazır olduğunu nümayiş etdirmək cəhdlərinə baxmayaraq, Rusiya Amerikanın düşmənləri ilə münasibətlərin dərinləşməsini nümayiş etdirməkdə davam edir”, - deyə hesabatda bildirilir.
Belə ki, fevralın 28-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çin sədri Si Cinpin və Çinin xarici işlər naziri Vanq Yi ilə ayrı-ayrılıqda görüş keçirərək, ikitərəfli təhlükəsizlik məsələlərini, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edib.
Şoyqu bildirib ki, Rusiya və Çin arasında münasibətlər “görünməmiş səviyyəyə çatıb” və Rusiya dövlət mediası Si və Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın ikitərəfli əlaqələri tərifləyən bəyanatlarını işıqlandırıb.
“Rusiya özünü ABŞ-ın düşməni kimi tanıtmağa davam edir”, - "ISW" qeyd edib.
Ukrayna Cənubi Koreya ilə əməkdaşlığı dərinləşdirir
Eyni zamanda, İnstitutun ekspertləri qeyd ediblər ki, fevralın 28-də Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev Kiyevdə Milli Assambleyanın deputatı Yu Yonq Venin başçılıq etdiyi Cənubi Koreya nümayəndə heyəti ilə görüşüb.
Görüşün məqsədi Ukrayna və Cənubi Koreya arasında ikitərəfli münasibətləri, həmçinin Şimali Koreyanın Ukraynaya qarşı Rusiya tərəfində müharibədə iştirakını müzakirə etmək olub.
Nümayəndə heyətləri müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə edib, Yu Yonq Von isə Ukrayna və Cənubi Koreya müdafiə sənayesi istehsalçıları arasında birgə seminarın təşkilində maraqlı olduqlarını bildiriblər.
"ISW" qeyd edib ki, görüş Cənubi Koreyanın Şimali Koreya qüvvələrinin 2025-ci ilin yanvar-fevral ayları arasında Kursk bölgəsinə 1000-3000 arasında əlavə hərbçi yerləşdirəcəyi barədə son açıqlamasından sonra baş tutub.
Xatırladaq ki, fevralın 28-də Zelenski ilə Tramp arasında nadir torpaq minerallarına dair sazişin imzalanmamasına səbəb olan söz davası baş verib.
S.Laçın