“Ermənistanın Azərbaycana yönəlik ittihamları absurddur və bu, İrəvanın sülhdən çox-çox uzaq olduğunu göstərir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Elspert qeyd edib ki, Azərbaycanın sülh səylərini cavabsız qoyan İrəvanın son günlər ölkəmizə qarşı səsləndirdiyi iddialar onun hələ də Qərbdəki bəzi dairələrin əlində alət olduğunu göstərir:
“Azərbaycanın sülh səylərini dəstəkləmək, Zəngəzur dəhlizini açmaq, Azərbayan və Türkiyə ilə normal münasibətlərin bərpası istiqamətində addımlar atmalı olan Ermənistan, bunun əksinə olan fəaliyyət ortaya qoymaqdadır, bölgədə vəziyyəti gərginləşdirməkdədir. İrəvanın son günlər Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar buna nümunədir.
Bir tərəfdən Avropa İttifaqının casuslarını monitorinq missiyası adı altında bölgədə yerləşdirən İrəvan, digər tərəfdən Qərbi Azərbaycana təzyiq göstərməyə, həbsdəki separatçıların azad edilməsinə nail olmağa cəhd etməkdədir. Ermənistanın 1988-ci ilin Sumqayıt hadisələrinə görə ölkəmizi ittiham etməsi də İrəvanın qeyri-əxlaqi addımlarındandır. Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti ölkəsinin gələcəyi haqqında düşnmr. Çünki gələcəyini düşünən belə addımlar atmaz. Və əgər İrəvan bu cür təxribatçı bəyanatlardan imtina etməsə, bunun axırı Ermənistanın özü üçün acınacaqlı qurtaracaq”.
Seymur ƏLİYEV