“Bu, həqiqət deyil, baş altına yastıq qoymaqdır”
Ekskluziv
586
11:36, Bu gün

“Bu, həqiqət deyil, baş altına yastıq qoymaqdır”

Ermənistanın baş naziri Nikol Paşinyan mediaya açıqlamasında Cənubi Qafqazda yeni bir müharibə ehtimalının olmadığını bildirib və qeyd edib ki, bunun üçün nə səbəb, nə də zəmin mövcud deyil.

Doğrudanmı Cənubi Qafqazda müahribə ehtimalı yoxdur? Və əgər yoxdursa, o zaman Ermənistanın sürətlə silahlanması nə ilə bağlıdır?

Moderator.az-a açıqlama verən poitoloq Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ermənistan hər zaman Cənubi Qafqazda əsas münaqişə tərəfi olub. Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edən yeganə ölkədir. Hətta İrəvandakı bəzi dairələr zaman-zaman cənub qonşusu İrana da ərazi iddiaları irəli sürür.

Nikol Paşinyan hazırda Azərbaycanla müharibə riskinin olmadığını dilə gətirir. Ermənistanın baş nazirinin bu açıqlaması əslində baş altına yastıq qoymağa bənzəyir. Nikol Vobayeviç hər zaman bu cür açıqlamalar verdikdən sonra Ermənistan cəbhə xəttində, eləcə də diplomatiyada müəyyən təxribatlara yaşıl işıq yandırıb. Düşünürəm ki, bizim ordumuz da, diplomatiyamız da ayıq-sayıqdır. İstənilən an Ermənistanın bütün istiqamətlərdəki təxribatlarına cavab verməyə hazırdır.

İndi Ermənistan tərəfi vaxt udmağa, yaranmış “çətin vəziyyətdən çıxmaq üçün uyğun zamanı” gözləməyə fokuslanıb. Amma İrəvandakı hakim siyasi elita anlamır ki, indi vaxt Ermənistanın əleyhinə işləyir. Eyni zamanda, Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, ölkəsini böhranlı iqtisadi durumlar gözləyir. Ona görə də Paşinyan hökuməti razılaşdırılmayan iki nüansı da Bakı ilə qısa zamanda razılaşdırmağa, sərhədlərin delimitasiyasını yekunlaşdırmağa və Zəngəzur dəhlizini açmaq üçün “münbit şərait” axtarmağa çalışır. Amma Paşinyan anlamalıdır ki, Zəngəzur dəhlizini açmadan böyük sülh sazişi mümkün olmayacaq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər