Bizi sosial şəbəkələrdən izləyin:
Trampdan “diktator” haqqında dediyi sözlərə görə Ukrayna prezidentindən üzr istəyəcəyini soruşublar, lakin o, cavab verməkdən yayınıb...
Prezident Donald Tramp Vladimir Zelenskini “diktator” adlandırdığını “unudandan” sonra bu dəfə Ukrayna prezidentinə hörmət etdiyini bildirib.
Moderator.az xəbər verir ki, "CNN"-in yaydığı məlumata görə, o, bu barədə Ağ Ev rəhbəri Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşü zamanı bildirib.
Tramp ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskini “seçkisiz diktator” adlandırdığı üçün ondan üzr istəmək fürsətindən istifadə edib-etməyəcəyini söyləməkdən imtina edib.
Eyni zamanda, ABŞ prezidenti Zelenskiyə və ukraynalılara “cəsarətlə” döyüşdüklərinə görə böyük hörmət bəslədiyini vurğulayıb.
"Bizim çox ciddi və yaxşı görüşümüz olacaq, ümid edirəm. Mən çox şeylərdə uğur qazanacağımızı düşünürəm. Prezident Zelenskiyə hörmət edirəm, ukraynalılar çox cəsarətlə vuruşublar. Biz böyük miqdarda texnika verdik, ümid edirəm ki, faydalı oldu. Onlar həqiqətən də döyüşdülər. Kimsə bu texnikadan istifadə etməlidir və onlar bu mənada çox cəsarətli idilər", - o deyib.
Tramp bildirib ki, Zelenski ilə cümə günü yerli vaxtla saat 11-də Ağ Evdə görüşəcək (Vaşinqton vaxtı Kiyev vaxtından 7 saat geri qalır. Kiyev vaxtı ilə saat 18.00 olacaq).
Xatırladılır ki, fevralın 19-da Tramp prezident Zelenskini “diktator” adlandırıb və xəbərdarlıq edib ki, sülhü təmin etmək üçün tez hərəkət etməlidir, yoxsa ölkəsini itirmək riski var.
S.Laçın