Ukrayna prezidentinin olduğu təyyarə İrlandiyadan yola düşüb...
Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu təyyarə ABŞ-da "Joint Base Andrews" aviabazasına enib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "FlightAware" məlumat yayıb.
Prezidentə məxsus "A319" uçağı Şennon Hava Limanından (İrlandiya) "Endryus" aviabazasına (Merilend, ABŞ) uçuşu 8 saat 2 dəqiqə davam edib.
Eniş şərq standart vaxtı ilə("EST") saat 17:59-da(Bakı vaxtı ilə 08:59) qeydə alınıb.
Xatırladılır ki, Ukrayna lideri çox güman ki, Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlara dair saziş imzalamaq üçün ABŞ-yə gedib. Artıq ilkin danışıqlar başa çatıb.
Bundan bir az əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business” telekanalında bildirib ki, Ukrayna və Amerika Birləşmiş Ştatları arasında faydalı qazıntılar haqqında saziş 27 fevral 2025-ci il tarixində hazırdır. Onun sözlərinə görə, bunu iki ölkənin prezidentləri imzalamalıdır.
S. Bessent sazişin əhəmiyyətini vurğulayaraq, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın 2025-ci il fevralın 28-də keçiriləcək görüşü zamanı sazişi rəsmi şəkildə imzalamalı olduqlarını vurğulayıb.
"Bu, başa çatıb, kağız üzərindədir və Ukrayna hökuməti bunu təsdiqləyib. Sabah (28 fevral 2025-ci il - red.) dövlət başçılarının onu imzalaması gözlənilir. Bu, faydalı qazıntılar, neft, qaz və infrastruktur aktivləri ilə bağlı sazişdir. Bu, həqiqətən də qarşılıqlı faydalı sazişdir, çünki o, Amerika iş adamlarını və ukraynalıları bir araya gətirir.
ABŞ Maliyyə Naziri deyib ki, razılaşma Amerika xalqına Amerika üçün faydaları göstərir. Onlar deyirlər ki, bu ən yaxşı Amerika təcrübələrindən istifadə edilməklə hər hansı korrupsiya ehtimalını aradan qaldırır.
Xatırladılır ki, Ukrayna ilə ABŞ arasında yeni saziş Kiyev və Moskva arasında sülh danışıqları və ukraynalılar üçün dinc həyatın bərpası üçün Amerika prezidenti Donald Trampın uzunmüddətli strategiyasının əsas hissəsidir.
S.Laçın