Ukraynanın mineralları ABŞ-ı “ölümsüz” edə bilər: Tramp buna görə israr edir...
Ekskluziv
340
27 Feb 2025 | 21:27

Ukraynanın mineralları ABŞ-ı “ölümsüz” edə bilər: Tramp buna görə israr edir...

ABŞ prezidenti Donald Trampın hərbi dəstək qarşılığında Ukraynadan nadir torpaq metalları – minerallar tələb etməsi dünya mediasında  son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır.

Trampın məlum mineralların əldə edilməsində bunca israr etməsinə səbəb nədir? Doğrudanmı Ukraynanın verəcəyi minerallar ABŞ-ın dəyəri milyardlarla hesablanan hərbi dəstəyinə alternativ ola bilər?

ABŞ hərbi nəşri bununla bağlı maraqlı məqamlara toxunub. Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Ukraynanın verəcəyi minerallar Amerikanın dünyadakı iqtisadi və hərbi üstünlüyünü kəskin şəkildə artıra bilər. Buna səbəb müasir ABŞ iqtisadiyyatı, habelə hərbi sənayesi üçün ehtiyac duyulan bir çox mineralın Ukraynada mövcudluğudur. Bunlardan biri titan yataqlarıdır.

Titan təyyarə qanadlarının və digər aerokosmik istehsalatların istehsalında, habelə dəniz məqsədlərində, kimyəvi emal və tibbi cihazlarda istifadə olunur.Ukraynada bir sıra müasir akkumulyator texnologiyalarının açarı olan litium və nüvə enerjisi, tibbi avadanlıq və silahlar üçün istifadə olunan uran da var. Ölkədə həm də elektrik avtomobilləri üçün akkumulyatorlarda istifadə olunan qrafit və manqan mövcuddur ki, bu da ABŞ üçün xüsusilə cəlbedicidir.

Xatırladaq ki, nadir torpaqlar bir çox texnologiya və elektronika növlərində, o cümlədən tibbi xidmət, hərbi, aerokosmik, eləcə də təmiz enerji istifadəsində vacibdir.

İtterbium infraqırmızı lazerlərdə, kimyəvi reaksiyalarda, təkrar doldurulan batareyalarda və optik liflərdə istifadə olunur. Lantana isə batareyalarda, eynək və kamera linzaları üçün xüsusi şüşələrdə və neft emalında ciddi tələbat var. Tək bir hərbi texnika yüzlərlə funt nadir torpaq tələb edə bilər.

Bununla yanaşı, nəşr iddia edir ki, Ukraynada bu mineralların mövcudluğu məlum olsa da, onların çxıarılmasının nə qədər asan və sərfəli olacağı bəlli deyil.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər