“Bu məzarlıqların sayı arta bilər” – Millət vəkilindən xəbərdarlıq!
Ekskluziv
808
27 Feb 2025 | 17:52

“Bu məzarlıqların sayı arta bilər” – Millət vəkilindən xəbərdarlıq!

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov işğaldan azad edilən ərazilrədə aşkarlanan kütləvi məzarlıqların sayı ilə bağlı mövcud statistikanı elan edib. Eldar Səmədov qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə 23 kütləvi məzarlıq aşkar edilib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı, baş verənləri  Ermənistanın xalqımıza qarşı soyqırımı siyasətinin bariz göstəricisi kimi dəyərləndirib:

 

“İşğaldan azad edilən ərazilərimizdə bunca kütləvi məzarlığın mövcudluğu Ermənistanın xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərin, soyqırımı siyasətinin göstəricisidir. Bu cür məzarlıqların sayının yaxın gələcəkdə daha da artacağı istisna deyil. Məlum statistika bir daha sübut edir ki, hər zaman özünü qurban kimi təqdim etməyə çalışan ermənilər bu obraz arxasında bir-birindən qorxunc, dəhşətli cinayətlər törədiblər.

 

Şübhəsiz, kütləvi məzarlıqlarla bağlı məlum faktların beynəlxalq miqyasda ictimaiyyiləşməsi mühüm əhəmiyyətə malikdir. Bütün dünya Ermənistanın xalqımıza qarşı hansı cinayətlər törətdiyi, necə vəhşiliklər həyata keçirdiyini görməlidir. Bu faktlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmələrə müraciəti də vacibdir və heç şübhəsiz, bu istiqamətdə bütün lazımi işlər sistemli şəkildə həyata keçiriləcək”.

 

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər