Ukrayna Rusiyanın döyüş meydanında əsas üstünlüklərindən birini aradan qaldırdı...-
Ekskluziv
704
09:43, Bu gün

Ukrayna Rusiyanın döyüş meydanında əsas üstünlüklərindən birini aradan qaldırdı...- "Forbes"

Cəmi bir il əvvəl peyk idarəsi ilə KAB(Korrektə edilən aviasiya bombaları) və ya PKVM ( proyeksiya və korrektə olunmuş vahid modul) -sürüşmə bombaları ruslar üçün "möcüzə silah" idi və ukraynalıların onlara qarşı çıxmaq üçün praktiki olaraq heç bir üsulu yox idi. 
 
Moderator.az "UNİAN"-a istiinadla xəbər verir ki, bununla belə, "Forbes" analitiki Devid Aksın yazdığı kimi, vəziyyət tədricən və hiss olunmayacaq şəkildə dəyişdi və indi PKVM-nin “qızıl dövrü”nün keçdiyi göz qabağındadır.
 
Rusiyalı analitiklərin qeyd etdiyi kimi, KAB hücumları dayanmayıb, lakin onların effektivliyi bir vacib detala görə əhəmiyyətli dərəcədə azalıb: effektivliyi və çoxlu sayda Ukrayna radio tıxanması səbəbindən peyk korreksiyası sistemləri ilə qarşılıqlı əlaqənin mümkün olmaması...
 
"Sürüşmə, yaxud yönləndirilən bombalar "QLONASS" peyk qrupu ilə əlaqə saxlaya bilmirlər... Onların kursunu düzəltmək üçün daimi əlaqə olmadan sürüşən bombalar bəzi sahələrdə sürüşməyə və zərərsiz şəkildə partlamağa meyllidirlər", - Aks Devid belə yazır.
 
Rusiya müharibə müxbirlərinin iddia etdiyi kimi, indi Ukraynanın bütün vacib hədəflərinin elektron mübarizə sistemləri(EMS) ilə əhatə ounubı və bir hədəfi məhv etmək üçün indi “səkkiz, hətta 16 sürüşmə bombası tələb olunur”.
 
Sürüşən bombaların özləri nisbətən ucuz olsa da - hər birinin qiyməti təxminən 25.000 dollardır - onları iki və ya dörd dəfə yerə atan qırıcılar ucuz deyil...
 

"Bir hədəfi vurmaq üçün dörd təyyarənin buraxılması yalnız minə yaxın müasir təyyarəsi olan və Ukraynada döyüşlərdə onlardan 120-ni itirmiş hava qüvvələri üçün riskli və səmərəsizdir", - AKS əlavə edir.

Bundan başqa, Ukraynanın EMS-ləri də bir çox Rusiyanı pilotsuz təyyarələrini dayandıraraq daha bahalı fiber-optik PUA-lara keçməyə məcbur edib.

Təhlilçi əlavə edir: “EMS-lərin hesabına təxminən Ukrayna Hərbi Hava Qüvvələrinin bahalı, həssas "S-300", "Patriot" və "SAMP/T" hava hücumundan müdafiə raket batareyaları ilə əldə etməyə çalışdığı nəticəyə nail olunub.

O, həmçinin qeyd edir ki, Rusiya "susdurma" sistemləri Ukrayna sistemləri ilə eyni təsirə malik deyil. Bir çox rus "susdurucu"ları zəif hazırlanmış və təsirsizdir. 

Bundan əlavə, Ukraynanın ən yaxşı döyüş sursatları - Amerika "Joint Direct Attack Munition" yönləndirilən bombaları və Fransa "Hammer" sürüşmə bombaları - "GPS" idarəetməsini  də ehtiva edir, həm də tamamilə avtonom olan və beləliklə, "susdurucu"lara qarşı immunitetli ehtiyat inertial naviqasiya sistemlərinə malikdir.

Eyni zamanda, Rusiyanın inertial ehtiyat yönləndirmə sistemləri ümumiyyətlə qeyri-dəqiqdir. Analitik Mark Şnayder belə qənaətə gəlib ki, Rusiya raketləri çox vaxt istehsalçılarının iddia etdiyindən on dəfə az dəqiqdir...

S.Laçın

Link kopyalandı!
Son xəbərlər